İngiltərə yığmasının baş məşqçisi Roy Hocson Fransada keçirilən Avropa çempionatının 1/8 final mərhələsində İslandiyaya məğlubiyyətdən dərhal sonra istefa verib. Sportnet.az-ın məlumatına görə, bu barədə turnirin "Twitter"dəki rəsmi bloqunda bildirilib.
İngiltərə İslandiyaya 1:2 hesablı məğlubiyyətlə Avropa çempionatını tərk edib. Matç başa çatdıqdan sonra Hocson postundan getdiyini bəyan edib.











































































