Azərbaycan klubu avrokuboklarda iyulun 12-də 6-cı dəfə meydana çıxacaq. Sportnet.az-ın məlumatına görə, bu, "Qarabağ"ın Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsində Lüksemburqun "Dedelanj" klubu ilə sabahkı oyundur. Komandalar arasında ilk matç Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.
Klublarımız sabahkı tarixdə ilk 2 oyununu məhz ÇL-də keçirib. Fərq ondadır ki, bu, turnirin II yox, I təsnifat mərhələsi olub. Həmin matçlar da ilk oyunlar idi. Bunun birində məğlubiyyət almışıq, digərində qələbə qazanmışıq. "Neftçi" ÇL-lə yanaşı, İntertoto kubokunda da iyulun 12-də mərkəzi arenada qalib gəlib. Bu, ona görə tarixi nəticə olub ki, ilk dəfə avrokuboklarda 2 mərhələ keçməyimiz reallaşıb.
"İnter"lə "Bakı" isə 4 il öncə iyulun 12-də Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunlarını keçiriblər. "Bankirlər" "Dalğa Arena"da qalib gəlibsə, "zolaqlılar" Sloveniyada uduzaraq mübarizəni dayandırıb.
Göründüyü kimi, iyulun 12-si bizim üçün uğurlu gün də olub, uğursuz da. "Qarabağ" bu tarixdə ilk dəfə avrokuboklarda qüvvəsini sınayacaq.
Azərbaycan klublarının avrokuboklarda iyulun 12-də keçirdiyi oyunlar
2000/01 mövsümü
Çempionlar Liqası, I təsnifat mərhələsinin ilk oyunu
"Skonto" (Latviya) - "Şəmkir" (Azərbaycan) - 2:1
Qol: Viktor Kulikov, 82
2005/06 mövsümü
Çempionlar Liqası, I təsnifat mərhələsinin ilk oyunu
"Neftçi" (Azərbaycan) - "Hafnarfyordur" (İslandiya) - 2:0
Qollar: Aqil Məmmədov, 20, Tomislav Mişura, 90+2
2008/09 mövsümü
İntertoto kuboku, II mərhələsinin cavab oyunu
"Neftçi" (Azərbaycan) - "Jerminal" (Belçika) - 1:0
Qol: Elnur Allahverdiyev, 58
2012/13 mövsümü
Avropa Liqası, I təsnifat mərhələsinin cavab oyunu
"İnter" (Azərbaycan) - "Narva" (Estoniya) - 2:0
Qollar: Slavço Georgiyevski, 21 Niazmi Hacıyev, 86
Avropa Liqası, I təsnifat mərhələsinin cavab oyunu
"Mura" (Sloveniya) - "Bakı" (Azərbaycan) - 2:0