"Qarabağ"ın futbolçusu Mahir Məədtov cəzlandırılıb. Sportnet.az-ıın məlumatına görə, 19 yaşlı hücumçu Çempionlar Liqasının III təsnifat mərhələsində Çexiyanın "Viktoriya" klubu ilə səfər matçının 28-ci dəqiqəsində baş hakim Aleksandar Stavrev tərəfindən sarı vərəqə alıb.
Mədətov "Qarabağ"ın qapısına künz zərbəsi zamanı Yan Beraneklə mübarizə zamanı yerə yıxılıb ki, referi bunu aldatma qymətləndirib. Yəni həmin epizod qırmızı vərəqəlik olmayıb və Mədətov simulyasiya edib. Stavrev kobudluq edən Beranekə də sarı vərəqə göstərib.
Bu, Mədətovun turnirdə, ümumiyyətlə, avrokuboklarda ilk sarı vərəqəsi olub. 









                 





    
    
    
    
    
    
    
    
    




















































