Georgi Adamiya mükafatların sayına görə də fərqlənir
Sportnet.az saytı AFFA yanında Media Komitəsinin layihə müsabiqəsinin qaliblərindən olan "Azərbaycan çempionatı, kuboku, yığması və avrokuboklarda iştirak ilə bağlı bütün statistik boşluqların aradan qaldırılması” istiqaməti üzrə "1992-2016-cı illərdə keçirilən Azərbaycan çempionatlarında çıxış etmiş legionerlərlə bağlı statistik məqamların üzə çıxarılması” layihəsində silsilə yazılarını davam etdirir. Dördüncü yazı indiyədək Azərbaycan milli çempionatında ən çox medal qazanan legionerlərin siyahısının ortaya çıxarılması ilə bağlıdır.
Mükafatçıları müəyyənləşdirərkən ortaya çıxan çətinliklər
Sözsüz ki, hər bir komanda, onun heyətində olan futbolçular mövsümü mükafatçı kimi başa vurmaq istəyirlər. Elə legionerlər də olublar ki, onlar ümumiyyətlə, karyeralarında ilk medalı məhz Azərbaycan milli çempionarında qazanıblar. Ancaq əfsuslar olsun ki, mövcud olan boşluqlar öz sözünü deyir. Məsələ ondadır ki, ölkə çempionatımızda medal verilməsi ilə bağlı konkret qayda olmadığından, mövsümlərdə kimlərə mükafat verildiyi belə bəlli deyil. Bəzən 1 oyun kecirən futbolçuya medal veriblər, ancaq 20-25 oyun kecirənə yox. Medalı sayla kluba verirler ki, onlar da özləri bölüşdürür. Yəni hansısa prinsip-qaydanın olmamağı problem yaradır. Bu üzdən Azərbaycan milli çempionatının mükafatçıları kimi qazanılan medalda əməyi olanlara baxacağıq. Yəni mükafatçılar kimi ən azı 1 matç keçirən legionerleri nəzərdən keçirəcəyik.
İkinci məsələ mübahisəli çempionluq olan 1996/97 mövsümü ilə bağlıdır. AFFA həmin çempionatın qalibi olaraq qızıl medalları "Qarabag”a versə də, UEFA çempion kimi "Neftçi”ni saydı. Elə Peşəkar Futbol Liqası də belə hesab edir və artıq "Qarabag” da özünü çempion saymır. Bu üzdən biz də "Neftçi”ni qızıl, "Qarabağ”ı gümüş medalçı sayırıq.
Üçüncü məsələ başa çatmayan 2001/02 mövsümü ilə bağlıdır. Məlum olduğu kimi, həmin çempionat AFFA-nın o vaxtkı rəhbərliyi ilə klublar arasında yaranan münaqişə üzündən "altılığ”ın əvvəlində yarımçıq dayandırılıb. Alternativ keçirilən çempionatın nəticələri isə hesaba alınmır. Ona görə də həmin mövsümün medalçılara aidiyyatı olmayıb. Göründüyü kimi, bu mövzunun araşdırılmasında müəyyən çətinliklər ortaya çıxsa da, hər halda, biz bunların öhdəsindən gəlməyə çalışacağıq.
119 çempion
Azərbaycan Premyer Liqasında 119 legioner çempionluq sevinci yaşayıb. Onlar ümumilikdə 161 qızıl medalda pay sahibi olub. 12 legioner ən çox – 3 dəfə Azərbaycan çempionu olub. 18 legioner 2 dəfə çempionluq qazanıb. Qalan 80 legioner isə 1 çempionluğa xidmət edib.
Ən çox - 3 dəfə Azərbaycan çempionu olanlar
1. İbrahim Şehiç (qapıçı, Bosniya və Herseqovina)
"Qarabağ” – 2013/14, 2014/15, 2015/16 mövsümləri
2. Ansi Aqolli (müdafiəçi, Albaniya)
"Qarabağ” - 2013/14, 2014/15, 2015/16 mövsümləri
3. Bədavi Hüseynov (müdafiəçi, Rusiya)
"Qarabağ” - 2013/14, 2014/15, 2015/16 mövsümləri
4. Muarem Muarem (yarımmüdafiəçi, Makedoniya)
"Qarabağ” - 2013/14, 2014/15, 2015/16 mövsümləri
5. Riçard Almeyda (yarımmüdafiəçi, Braziliya)
"Qarabağ” - 2013/14, 2014/15, 2015/16 mövsümləri
6. Marinaldo da Silva (Çumbinyo, yarımmüdafiəçi, Braziliya)
"Qarabağ” – 2013/14, 2014/15, 2015/16 mövsümləri
7. Reynaldo Silva (hücumçu, Braziliya)
"Qarabağ” – 2013/14, 2014/15, 2015/16 mövsümləri
8. İqor Mitreski (müdafiəçi, Makedoniya)
"Neftçi” - 2010/11, 2011/12, 2012/13 mövsümləri
9. Denis Silva (müdafiəçi, Braziliya)
"Neftçi” - 2010/11, 2011/12, 2012/13 mövsümləri
10. Flavio Aleks Valensio (Flavinyo, yarımmüdafiəçi, Braziliya)
"Neftçi” - 2010/11, 2011/12, 2012/13 mövsümləri
11. Bahodir Nasimov (hücumçu, Özbəkistan)
"Neftçi” - 2010/11, 2011/12, 2012/13 mövsümləri
12. Badri Kvaratsxeliya (hücumçu, Gürcüstan)
"Kəpəz” - 1997/98, "Şəmkir” - 1999/00, 2000/01 mövsümləri
Qızıl medalçılara diqqət yetirsək, onların son 6 ildə "Neftçi” ilə "Qarabağ”ın çempionatda hegemonluqları sayəsində uğur əldə etdiklərini görərik. Məlum olduğu kimi, Premyer Liqamızda 2010-13-cü illərdə mövsümün qalibi "Neftçi" olub. "Qarabağ" isə 2013-16-cı illərdə bu nailiyyəti təkrarlayaraq ardıcıl 3 çempionluq qazanıb. Ən çox çempion olan legionerlərədn yalnız Badri Kvaratsxeliyanın uğuru hələ XX əsrə gedib çıxır.
Bütün legionerlərin 36 faizi mükafatçı olub
Azərbaycan milli çempionatının gümüş medalını 173 legioner qazanıb. Onların hesabında bu əyarlı 202 medal var. Hesabında ən çox – 3 gümüş medal olan legionerlər serbiyalı hücumçu Branimir Subaşiçlə ("Neftçi” – 2006/07, "Xəzər Lənkəran” - 2010/11, 2011/12) cənub təmsilçisində komanda yoldaşı olmuş nigeriyalı həmkarı Emeka Oparadır ("Xəzər Lənkəran” - 2010/11, 2011/12, "Qarabağ" - 2012/13). 25 legioner 2 dəfə gümüş medalçı olub. Qalan 145 legionerin hesabında 1 gümüş mükafat var.
138 legioner 174 bürünc medalda pay sahibi olub. Onlar arasında mütləq rekordçu Georgi Adamiyadır. Gürcü hücumçunun hesabında 5 "bürünc” var. Ukraynalı müdafiəçi Vladimir Levin 4 dəfə bürünc mükafat sahibi olub. 6 legioner 3, 18 legioner 2 "bürünc”də rol oynayıb. Qalan 112 legioner 1 belə əyarlı medala yiyələnib.
Ümumilikdə 349 legioner 537 medalın qazanılmasında pay sahibi olub. Bu layihə ilə bağlı yazıların birində məlumat verdiyimiz kimi, Azərbaycan milli çempionatında 976 legioner çıxış edib. Onlardan 1/3-dən çoxu – 36 faizi çempionatımızın mükafatçısı olub.
Azərbaycan milli çempoionatının ən çox medalçısı olan legionerlər
1. Georgi Adamiya (hücumçu, Gürcüstan) – 9 medal (2 qızıl, 2 gümüş, 5 bürünc)
2. Vladimir Levin (müdafiəçi, Ukrayna) – 7 medal (2 qızıl, 1 gümüş, 4 bürünc)
3. Badri Kvaratsxeliya(hücumçu, Gürcüstan) - 5 medal (3 qızıl, 2 gümüş)
4. Ansi Aqolli (müdafiəçi, Albaniya) - 5 medal (3 qızıl, 1 gümüş, 1 bürünc)
5. Slavço Georgiyevski (yarımmüdafiəçi, Makedoniya) - 5 medal (2 qızıl, 2 gümüş, 1 bürünc)
6. Admir Teli(müdafiəçi, Albaniya) – 5 medal (2 qızıl, 1 gümüş, 2 bürünc)
7. Valeri Abramidze(müdafiəçi, Gürcüstan) – 5 medal (2 qızıl, 3 bürünc)
8. Georgi Lomaya(qapıçı, Gürcüstan) – 5 medal (1 qızıl, 2 gümüş, 2 bürünc)
9. Vadim Borets (yarımmüdafiəçi, Moldova) - 5 medal (1 qızıl, 2 gümüş, 2 bürünc)
10. Aleksandr Çertoqanov (yarımmüdafiəçi, Ukrayna) – 5 medal (1 qızıl, 1 gümüş, 3 bürünc)
11. Branimir Subaşiç (hücumçu, Serbiya) – 5 medal (3 gümüş, 2 bürünc)
12. Arif Daşdəmirov (müdafiəçi, Rusiya) – 5 medal (2 gümüş, 3 bürünc)
Adamiya fenomeni
Azərbaycan milli çempionatında legionerlərin oyun sayına görə həmyerlisi Badri Kvaratsxeliyadan sonra 2-ci olan Georgi Adamiya yenə fərqlənib. Əslində, 35 yaşlı gürcü hücumçunun 9 medalda payı olsa da, 8 medal alıb. Cunki Adamiya 1 mövsumün gedişində medalçının birindən digərinə keçib. Bu, 2009/10 mövsümünün qış fasiləsində "Bakı”dan "Qarabağ”a olub. Adamiya həmin mövsümdə həm "Bakı”nın gümüş, həm də "Qarabağ”ın bürünc mükafatında pay sahibi olsa da, sonuncularla medala yiyələnib. Amma faktiki legionerin "Bakı”nın medalında da əməyi var. Azərbaycanda 9 medal sahibi olan Adamiya ardıcıl 8 mövsum belə uğur qazanıb və yalnız 2011/12 mövsümündə "Qarabağ”la mükafatsız qalıb.
Georgi Adamiyanın Azərbaycan milli çempionatında qazandığı medallar
"Neftçi” – 1 qızıl (2004/05), 1 gümüş (2006/07), 2 bürünc (2005/06, 2007/08)
"Bakı" - 1 qızıl (2008/09), 1 gümüş (2009/10)
"Qarabağ" - 2 bürünc (2009/10, 2010/11)
"İnter" - 1 bürünc (2012/13)
Adamiyanın medal sayında ən yaxın izləyicisi olan Vladimir Levin isə mükafatlarının çoxunu uzun illər şərəfini qoruduğu, kapitanı olduğu "İnter”də qazanıb. Özü də hər 3 əyarı. Levin ölkəmizdə sonuncu 2 mövsümündə isə "Qəbələ” ilə bürünc mükafatçı olub. Düzdür, milliləşdirilən ukraynalı müdafiəçi 2014/15 mövsümündə "qırmızı-qaralar”da yalnız 1 oyun keçirərək zədə üzündən ayrılıb və 31 yaşında karyerasını bitirməli olub. Ancaq Levin həmin çempionatda meydana çıxdığından, onu da medalçı kimi nəzərə alırıq.
Vladimir Levinin Azərbaycan milli çempionatında qazandığı medallar
"İnter” – 2 qızl (2007/08 və 2009/10), 1 gümüş (2008/09), 2 bürünc (2011/12, 2012/13)
"Qəbələ” – 2 bürünc (2013/14, 2014/15)