1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
“Neftçi” hara gedir?
Ergün SEYİD
"Neftçi” haqda nəsə yazmaq o qədər də asan deyil. Bu klubun hazırki durumuna şahid olmaq isə daha ağırdır. Çünki, nə qədər gənc olsaq da, ata-babalarımızdan futbol haqqında danışanada ilk eşitdiyimiz "Neftçi” kəlməsi olub.
Klubun tarixindən yazmaq fikrim yoxdur. Zatən, futbolu anlayan hər bir azərbaycanlı "Neftçi” haqda az-çox məlumata sahibdir. Amma xalqın komandasının bugünkü vəziyyəti hamını hiddətləndirir, narahat edir. Klub artıq yalnız tarixindən ibarət olmağa başlayıb...
Onilliklər boyu oyununu izlmək üçün işini-gücünü ataraq stadionlara axışan azarkeşləri də bu gün üz döndəriblər doğma klubundan. Və tribunaya yalnız "istefa” şüarını səsləndirmək üçün gəlirlər...
... Bəs hanı "Neftçi”? Bizi SSRİ çempionatının bürünc medalı, Birlik Kubokunda tarixi qələbə, Avrop Liqasının qrup mərhəəsi ilə sevindirən komanda niyə heç özünün kölgəsinə belə bənzəmir?
Bu suala cavab vermək çox çətindir. Amma məlum olan odur ki, "Neftçi”nin bugünkü durumu bir gündə formalaşmayıb. Və onu ölkədə maliyyə durumunun mürəkkəbləşməsi ilə əlaqələndirmək də doğru deyil məncə...
Qəribə transfer siyasəti... Qəribə idarəetmə... Müşahidə Şurasının tərkibi qədər qəribə açıqlamaları...
... Təbii ki, "Neftçi” hər zaman qələbə də qazanıb, məğlub da olub. Azarkeşini sevindirib də, hiddətləndirib də... Amma belə acınacaqlı durumu stajlı azarkeşlər də xatırlamır... Bir vaxtlar "Neftçi”nin məğlubiyyətlərindən bəhs edən və gülüş doğuran səmimi zarafatlar da bu gün artıq acı və cari gerçəyə çevrilib.
Amma bu gerçəyi klub rəhbərliyi hələ də dərk edə bilmir. Əksinə, hər oyundan sonra özlərinə haqq qazandırırlar. Çingiz Abdullayev "Neftçi”nin Müşahidə Şurasına rəhbər seçiləndə belə bir cümlə işlətmişdi: "Biz Azərbaycan detektivini dünya brendi edə bildik, futbolu niyə edə bilməyək?”
Çingiz müəllim, Siz heç "Neftçi”in varlığını qoruya bilmirsiniz, dünya brendi necə edəcəksiniz?
Siz bunu da demişdiniz: "Futbol ən qazanclı sahədir. Necə ola bilər ki, futbolçuya 100 minlərlə pul verəsən, amma nəticə verməsin? Onda onun bu klubda nə işi var?”
İndi biz sizə sual veririk, Çingiz bəy, hanı o yüzminlərlə pul verdiyiniz futbolçuların nəticələri? Unutmamısınızsa, işinizin başına təzə gələn zaman "Pis işləsək, mən özüm çıxıb gedəcəyəm. Adam özü-özünə hörmət etməlidir. Mənim qələmim də, kitabım da, adım da var. Heç kim bunu mənim əlimdən ala bilməz” demişdiniz.
Düzdür, əlinizdən nə qələminizi ala bilərik, nə də kitabınızı. Amma adınızı özünüz-özünüzdən alırsınız. Siz bir azərbaycanlı kimi "Neftçi”yə kömək etmək istədiyinizi bildirmişdiniz. Əgər alınmırsa, niyə inad edirsiniz?
Çingiz Abdullayevin müsahibələrini oxuyan zaman maraqlı faktlarla qarşılaşmaq olur. İkisini paylaşmaq istərdik:
1 Aprel 2015-ci il.
- Nə vaxtsa "Neftçi"yə rəhbərlik edəcəyinizi gözləyirdiniz?
- Xeyr, hələ mənə uşaqlıqda kimsə desəydi ki, xalq yazıçısı olacağam, bir manata bir milyon verib deyərdim ki, olmayacam. Mən məşq üçün deyiləm. Sadəcə, kömək üçün burdayam. Bir adam gəlib deməsin ki, mən hansısa şəxsi məqsəd üçün burdayam. İmici itirə bilərəm, amma uğur olsa, hesab edərəm ki, nə isə qazanmışam. Vaxtilə hüquq fakültəsində 5 il futbol komandasının rəhbəri olmuşam.
10 Sentyabr 2016-cı il.
Çingiz Abdullayev: "Vəli Qasımovun dünən gecə vəziyyəti pisləşib, xəstəxanaya aparıblar. Ondan da istifadə edirlər. Bir jurnalist gedib xəstəxanaya, yalandan yazıb ki, orada yoxdur".
Vəli Qasımovun müalicə aldığı xəstəxanaya gedən jurnalist:
- Çingiz müəllim, mən getmişdim, amma tapmadım.
Çingiz Abdullayev: "Gəl mərc edək. Orda olmasa, mən 1000 manat verəcəyəm. Əgər orada olsa, sən mənə bir manat verib, hər kəsdən üzr istəyəcəksən".
…Maraqlıdır... qəribədir... düşündürcüdür...
... Amma deyəsən, klub "ayılır”... Məşqçilər korpusu yola salındı... Bəzi idarəçilər də... Yəqin ki, heyət də... İnanaqmı?... "Ayılır”mı?.. Gec deyilmi?