
"Qəbələ" və "Qarabağ" arasındakı Azərbaycan Premyer Liqasının VII tur matçının 66-cı dəqiqəsində maraqlı olay baş verib.
Sportnet.az-ın məlumatına görə, Ağdam komandasının ikinci hissədə oyuna daxil olan gənc futbolçusu Mahir Mədətov bir zərbə ilə meydan sahiblərinin iki futbolçusunu zədələyib.
Top uğrunda mübarizə zamanı Mədətov zərbə endirmək istərkən, ayağı Rikardinyo və Məhəmməd Mirzəbəyova tuş gəlib. Nəticədə hər 3 oyunçu yerdə qalıb. Bununla belə, komandalar oyuna davam edib. "Qarabağ"ın yarımmüdafiəçisi ayağa qalxsa da, "Qəbələ"li oyunçular top kənara çıxdıqdan sonra həkim müdaxiləsinə məruz qalıblar.
Bu zaman "Qəbələ"nin kapitanı Rəşad Sadiqov Mədətova kəskin formada iradlarını bildirib. Onları komanda yoldaşları aralayıblar.
Zədəli futbolçular isə həkim müdaxiləsindən sonra oyunu davam etdiriblər.