
Azərbaycan Premyer Liqasının VII turunda keçirilmiş "Qəbələ" - "Qarabağ" oyununda meydan sahiblərinin ən yaxşı oyunçusu müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, "Qəbələ" azarkeşləri arasında aparılmış sorğuda Filip Ozobiç 37% səslə birinci olub.
İkinci yerdə isə 28% göstərici ilə qapıçı Dmitri Bezotosnı dayanıb. 18% azarkeş Baqali Dabonu, 17%-i isə Asif Məmmədovu oyunun ən yaxşısı olmağa layiq görüb.
Qeyd edək ki, "Qəbələ" həmin görüşdə 2:0 hesablı qələbə qazanıb.