1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Tərlan Əhmədov igid insandır" - MÜSAHİBƏ
AZAL klubunun vitse-prezidenti Fikrət Hüseynov sədri olduğu AFFA Klublar Komitəsinin bugünkü iclasından sonra brifinq keçirib. Sportnet.az-ın məlumatına görə, F.Hüseynov əvvəlcə iclasda müzakirə olunan məsələlər barədə danışıb...
- Bir aydan çox idi görüşmürdük. Bu gün bütün klublar yüksək səviyyədə təmsil olunurdu. 6 məsələni müzakirə etdik. AFFA Lisenziyalaşma Qrupunun rəhbəri Elçin Məmmədov bütün klubların nöqsanlarını, problemlərini, aşağı yaş qrupları üzrə komandalardakı məşqçilərin kateqoriyalarının olmaması barədə bizi məlumatlandırdı. Biz də bunları qeyd etdik. Lisenziyalaşma Qrupu AFFA rəhbərliyi qarşısında təkliflər irəli sürəcək. Gələn iclasda bu məsələyə dair biz də müəyyən addımlar atacağıq. "Qəbələ" təklif etmişdi ki, U-19 çempionatı 3 dövrəli olsun. Belə qərara gəldik ki, bu cür bir az çətin olacaq. Əvəzində çempionu ilk 4-lük arasında 3 dövrəlik sistemlə müəyyənləşdirsinlər. "Qarabağ"la "Qəbələ" təklif etmişdi ki, legioner limitini 7+3+1 edək. Yəni 4 yerli oyunçudan biri 21 yaşadək olsun, qalanları legioner. "İnter"ə 2 transfer pəncərəsində oyunçu almaq qadağası qoyulub. Üstəlik, komandanı yerli oyunçular üzərində qurublar. Buna görə də bu kluba limitin qalması sərf edirdi. Qərara aldıq ki, gələn iclasımızda hər bir klub limitlə bağlı təkliflərini versin, biz də AFFA İcraiyyə Komitəsinə təqdim edək, orada baxılsın. Əsasnamədə Premyer Liqanı 1 komandanın tərk edəcəyi və I Diviziondan 3 komandanın gələcəyi yazılıb. Reallıqla götürsək, Premyer Liqadakı 8 klub infrastrukturu olanlardır, klublarımızın sayı azdır. Belə qərara gəldik ki, I Diviziondan ilk 2 yerin sahibi Premyer Liqaya yüksəlsin. 3-cü yeri tutan isə Premyer Liqa sonuncusu ilə ev və səfər prinsipi ilə "pley-off" oynasın. Bu təklifi də yazılı şəkildə İcraiyyə Komitəsinin müzakirəsinə göndərəcəyik.
- Nəzərə almaq lazımdır ki, I Divizionda tutduğun yer önəmli deyil. Premyer Liqaya şəraiti olan komanda yüksəlir...
- Təbii ki, elitaya yüksəlmək üçün şəraitlə yanaşı, lisenziya tələblərinə cavab vermək lazımdır. Bu, bizim işimiz deyil. İstənilən halda tələblərə cavab verən 3 klub olsa, hansılar irəlidə olsa birbaşa Premyer Liqaya çıxacaq, hansı daha aşağı yer tutsa, "pley-off" oynayacaq.
- Bu, AZAL rəsmisi kimi sizin təklif idi? Çünki komandanız hazırda Premyer Liqada sonuncu yerdə gedir...
- Xeyr. 3-4 klub bu gün eşitdi. Hamı yekdilliklə razılıq verdi. Çünki I Diviziondan gələcək komandanın vəziyyəti bilinmir. Bu gün 8 komandanı çətinliklə yığmışıq. Kim güclüdürsə, o da Premyer Liqaya yüksələr.
- Təklifinizin AZAL-ı Premyer Liqada qorumaq üçün atılmış addım olduğunu düşünmürsünüz?
- AZAL-ı, "Sumqayıt"ı, hətta ola bilsin, "Kəpəz"i qorumaq üçündür. Hazırkı gedişat AZAL-ın sonuncu pillədə olduğunu göstərir. Amma ötən mövsüm ilk 5 turda nə bir top vurmuşduq, nə də bir xalımız vardı. Amma mövsümün sonunda avrokuboklara vəsiqə qazana bilərdik. Hələ cəmi 7 tur arxada qalıb. İkinci dövrədə ardıcıl 4 oyunu evdə keçirəcəyik. İki oyunda qalib gəlsək, yuxarı pilləyə çıxacağıq. O zaman "Sumqayıt" və ya digər komanda barədə bu söhbəti edəcəyik. Bu gün AZAL-da iş düzgün qurulub, infrastrukturu normaldır. Maliyyə tərəfdən bir az axsayırıq, amma qışda və ya gələn mövsüm vəziyyətimiz düzələ bilər.
- AZAL-ın uşaq komandalarında da vəziyyət yaxşı deyil. Klubun perspektivi nədən ibarətdir?
- Bunun üzərində işləyirik. Əvəzedici heyətimiz "Qarabağ"ı udub. U-19 komandamız da qalib gəlir. Futboldur. Xəzər rayonunda fəaliyyət göstəririk. Hər yerdən futbolçu yığırıq. Məşqçilərlə iş aparırıq. Elə məşqçi var ki, hansısa komandaya gedəndə özü ilə 5-6 futbolçu aparır. Məncə, yaxşı olar.
- Tərlan Əhmədov V tura "Qəbələ"yə 0:3 hesablı məğlubiyyətdən sonra istefa verəcəyini demişdi...
- Bu, isti başla verilmiş qərar idi. Oyunu uduzmaq olar. Amma bu dəfə zəif oynadığımızı görüb belə açıqlama verdi. Oturduq-danışdıq. Hər şey normaldır, o, öz yerindədir. Əhmədova inanırıq, yaxşı mütəxəssisdir. Tərlan müəllim heç nədən yeni komanda yaradıb. Amma indi Premyer Liqadakı bütün komandalar normal vəziyyətdədir. Bununla belə, belə çətin şəraitdə AZAL-ı qoruyub-saxlayırsa, igid insandır, gəncdir, böyük gələcəyi var. Ona görə də baş məşqçimizi alqışlayıram.
- Komandanız I Diviziona düşsə, mübarizəni davam etdirəcək?
- Bunu indi danışmayaq. Bu suala cavab vermək istəmirəm. AZAL I Diviziona düşməz. Ümidvaram ki, hər şey yaxşı olacaq.