1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Kəpəz"in futbolçusu zədəsi haqda
"Əvvəlki günlərə baxanda indi yaxşıyam. Gəzə bilirəm, amma müəyyən ağrılar var".
Sportnet.az-ın məlumatına görə, bunu "Kəpəz"in futbolçusu Şəhriyar Əliyev klub saytına açıqlamasında deyib.
Zədəsi ilə bağlı danışan futbolçu bunları bildirib: "Gündə iki dəfə həkimə gedib gəlirəm. Ayağıma güc düşəndə diz qoruyucusundan istifadə edirəm. Düşünürəm ki, gələn həftə məşqlərə başlaya biləcəyəm. Düzdür, bu yöndə son sözü həkimlər deyəcək. Yəqin ki, ilk dövlər onların tövsiyyəsinə uyğun olaraq fərdi şəkildə yüngül formada hazırlıq keçəcəyəm".
Qeyd edək ki, "Qarabağ”la Gəncədə keçirilən çempionat oyununda zədələnərək sıradan çıxan Əliyev özünü yaxşı hiss edir. MRT müayinəsindən keçdikdən sonra aldığı xəsarətin ciddi olduğu müəyyənləşən müdafiəçinin 3 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilib. Diz oynağının kollarateral bağı zədələnən futbolçunun müalicəsi davam etdirilir.