
Rusiya Futbol İttifaqının (RFİ) Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri Valentin İvanov istefa verib. Sportnet.az-ın məlumayına görə, bu haqda qurum rəsmi məlumat verib.
Bildirilir ki, mütəxəssis gedişi ilə bağlı ərizə ilə müraciət edib və bu, RFİ rəhbərliyi tərəfindən müsbət cavablandırlıb. Qurum İvanova gördüyü işə görə minnətdarlıq edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Xatırladaq ki, 55 yaşlı İvanov 2013-cü ilin dekabrın 30-dan komitəyə başçılıq edirdi. Bu ilin iyununda yayına xəbərlərə görə, onun əvəzləyicisi kimi sabiq FİFA referisi Yuri Baskakovun namizədliyinə baxılır.