1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ansi Aqolliyə güvənilmədi
Azərbaycan Premyer Liqasında çıxış edən əcnəbi müdafiəçilər - albaniyalı Ansi Aqolli ilə makedoniyalı Vançe Şikov 2018-ci il dünya çempionatının seçmə mərhələsində növbəti sınaq qarşısında olublar. Sportnet.az-ın məlumatına görə, Şikovla Aqollinin milli komandaları öz qruplarında bu gecə 2-ci turun matçlarında iştirak ediblər.
Aqolli daim əsas heyətdə, özü də son vaxtlar kapitan olsa da, bu dəfə ehtiyatda qalıb. Albanlar Ansisiz səfərdə Lixtenşteynə 2:0 hesabı ilə qalib gələrək qrup liderliyə yüksəliblər.
Şikov isə start heyətində meydana çıxsa da, 51-ci dəqiqədə hücumçu Besart İbraimi ilə əvəzlənib. Bu, Vançenin cari mövsümdən çıxış etdiyi "Neftçi"ni Avropa Liqasında mübarizədən kənarlaşdıran Makedoniyanın "Şkendiya" klubunun ön xətt oyunçusudur. Ancaq bu əvəzləmə makedonları öz meydanında İsrail yığması ilə matçda məğlubiyyətdən xilas etməyib. Hərçənd, meydan sahibləri son saniyələrdə penaltidən yüzfaizli imkana malik olsalar da, bərabərlik qolunu vura bilməyiblər.