
AFFA-nın İntizam Komitəsi 3 kluba texniki məğlubiyyət verib. Sportnet.az-ın məlumatına görə, U-11 liqasında "Neftçi" İK İB (Siyəzən) - "Yalama" (Xaçmaz) matçında qonaqlar iştirak etmədiyi üçün texniki məğlubiyyət alıb.
Analoji hadisə "Sumqayıt" və Xızının UGİM klubları arasında keçirilməli olan oyunda da baş verib. Bu oyunda xaçmazlılar iştirak etməyib. U-12 liqasında isə evdə Ağstafanın "Qələmçə" klubunu qəbul edən Qazaxın Gİİ komandası limiti pozduğu üçün texniki məğlubiyyətlə üzləşib.