
"Oyunun vacibliyini başa düşürük. İlk oyunda San Marinoya qalib gəlmişik və komandada əhval-ruhiyyə yüksəkdir. Belə də davam etmək istəyirik. Başa düşürük ki, Norveç San Marino deyil, amma yolumuza qələbə ilə davam etmək istəyirik". Sportnet.az-ın məlumatına görə, bunu futbol üzrə Azərbaycan millisinin futbolçusu Rəşad Sadıqov 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının seçmə qrup mərhələsində sabah Norveç yığması ilə baş tutacaq görüşdən öncə təşkil olunmuş mətbuat konfransında deyib.
Medvedev bunları bildirib: "Millidə son 4 oyundur Rəşadla, Bədavi ilə yan-yana oynayırdım. Həmişə məni sağ tərəfdə görmüsünüz. Bu dəfə Rəşadın yanında olmağım o demək deyil ki, özümü pis hiss edəcəm. Oyunumuzu qura bilsək, sol müdafiəçi oynamağa çətinlik olmayacaq".