
Azərbaycan milli komandası Norveç yığması ilə sabahkı rəsmi oyun öncəsi son hazırlığına çıxıb. Sportnet.az-ın məlumatına görə, ilk 15 dəqiqəsi mətbuat üçün açıq olan məşqdə gözlənilməz olay baş verib.
Belə ki, komanda üzvləri Bakı Olimpiya Stadionunda əsas meydançasına çıxsalar da, orada hazırlıq keçməyiblər. Bir neçə dəqiqəlik fasilədən sonra məşqin məkanı dəyişdirilib. Bu, həmin arenanın ehtiyat meydançası olub. Dəyişikliyin səbəbi ot örtününün vəziyyəti ilə bağlı olub.