1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ronaldudan millidə ilk poker
İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kriştianu Ronaldu Portuqaliya yığmasının heyətində ilk dəfə bir oyuna 4 qol vurub.
Sportnet.az-ın məlumatına görə, 31 yaşlı kapitan buna Andorra ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçında nail olub.
O, 2, 4, 47 və 68-ci dəqiqələrdə fərqlənib. Digər qollara 44-cü dəqiqədə Joau Kanselu, 86-cı dəqiqədə Andre Silva imza atıb.
Görüşdən sonra Ronaldu şəxsi "Twitter" səhifəsində yazıb: "Xoşbəxtəm ki, millidə ilk pokerimi etdim".
Qeyd edək ki, Portuqaliya yığmasının hücumçusu yayda Avropa çempionatlarının final mərhələlərində 9 qol vuraraq, fransalı Mişel Platiniyə məxsus rekordu təkrarlayıb. Onun komandası isə ilk dəfə qitə çempionu olub. Ronaldu yığmada 134 oyuna 65 qol vurub.