
Azərbaycan milli komandasında daha bir futbolçu qol hesabını açıb.
Sportnet.az-ın məlumatına görə, bu, "Qarabağ"ın müdafiəçisi Maksim Medvedev olub.
27 yaşlı futbolçu 2018-ci il dünya çempionatının seçmə mərhələsində Norveç yığması ilə Bakı Olimpiya Stadionunda hazırda davam edən matçın ilk hissəsində fərqlənib. Özü də Medvedev cinah müdafiəçisi olsa da, mərkəzdə oynayaraq fərqlənib. Bununla Maksim eyni zamanda Azərbaycan millisinin Norveçə qol vuran ilk futbolçusu olub.
Qeyd edək ki, Maksim Medvedev 2009-cu ildən millimizin şərəfi qoruyur. O, bunadək 33 matçda forma geyinib. Bunadək Bakı Olimpiya Stadionunda millimizin ilk qolunun müəllifi hazırda meydanda olan yarımmüdafiəçi Dmitri Nazarov olub.