1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Nə deyirsiz: "Niyə də yox?"
Futbolçuları millimizi saymamalarının, jurnalistləri komandamızın mətbuat konfransına girməyi özlərinə sığışdırmamalarının layiqli cavabını aldılar. Bunlar öz yerində. Amma axı rəqibin baş məşqçisi Per-Matias Höqmo demişdi axı... Ki, Azərbaycan yığmasına çağırılan futbolçulardan 9-u Avropa Liqasının qrup mərhələsində çıxış edir! Bəs buna nə deyirsiz?
Avroliqa sizə zarafat gəlməsin. Dəvətlilərdən 7-si "Qarabağ"ı, 2-si "Qəbələ"ni təmsil edirdi. Məhəmməd Mirzəbəyovla Ruslan Qurbanovu qoyaq bir kənara. Deyək ki, Qurbanov Mirzəbəyovla yenicə eyni klubda çıxış etməyə başlayıb. Elə isə Ağdam komandasının bu qədər üzvünün nüfuzlu turnirdə iştirak təcrübəsinə, onlardan Rahid Əmirquliyevlə Arif Daşdəmirovu çıxmaqla, Rəşad Sadıqov, Qara Qarayev və Maksim Medvedevin illərdir birgə çıxış etmələrinə nə deyirsiz?
Start heyətinə diqqət edək: "Qarabağ"ın 7 milli üzvündən 5-i - sadaladığım oyunçuları start heyətində idi. Eləcə də "Qəbələ"dən çağırılan 2 oyunçu. Qaldı 4-ü. Onlardan da Kamran Ağayev Portuqaliya, Eddi İsrafilov İspaniya, Dmitri Nazarov Almaniya çempionatında top qovur. Hə, Ağayev cəmi 2 oyundur "Boavişta"da start heyətinə düşür, İsrafilovla Nazarov aşağı liqada oynayırlar. Bəs onların təcrübələrinə nə deyirsiz?
Bir də qaldı Ağabala Ramazanov - Premyer Liqada 2-ci pillədə gedən, ilk dövrədə məğlubiyyət acısı dadmayan "İnter"in hücumçusu. Ön xətdə onunla Rauf Əliyev arasında seçim aparılacağı bildirilirdi. Elə Rauf da Ağabalanın həmklubudur. Hər ikisi bu mövsüm çempionatda 3 qol vurub. Amma görünür, Əliyevin zədədən yenicə qayıtması səbəbindən, Robert Prosineçki gənc forvarda üstünlük verdi. O da etimadı doğrultdu: Qol ötürməsi verdi. Amma o epizodda əsas rolu rəqib müdafiəçini özünə tərəf çəkərək, Medvedev üçün boş zona yaradan İsrafilov oynadı. Topla yox, topsuz. Belə qabiliyyətinə nə deyirsiz?
Meydana ikinci hissədə daxil olanlara baxın: Eddini Namiq Ələsgərov, Qurbanovu Ramil Şeydayev, Ramazanovu Bədavi Hüseynov əvəzlədi. Ələsgərovla Hüseynov da "Qarabağ"ın oyunçularıdır. Şeydayev isə Türkiyə "Trabzonspor"unda hələ Super Liqada debüt etməyib. Bədavinin meydana buraxılması vaxt udmaq üçün edilmişdi. 90-cı dəqiqə gedirdi, hesabı qorumaq lazım idi. Ramil 80-ci dəqiqədə meydana girər-girməz hücum xəttində canlanma və qol epizodları yaratdı. Öz klubunda oyun praktikası olsaydı, rahatlıqla qol da vura bilərdi. Namiq isə sürəti hesabına cinah həmlələrinin kəsərini artırmağa çalışırdı. Elə isə əvəzləmələrə nə deyirsiz?
Prosineçki bu heyət və əvəzləmələri ilə bir önəmli mesaj verdi: "Mənim üçün yalnız Premyer Liqa yox, beynəlxalq oyun təcrübəsi daha önəmlidir". "Qarabağ" "Neftçi" ilə, "İnter"lə, lap elə "Qəbələ" ilə nə qədər qarşılaşır-qarşılaşsın, əsas üstünlük Avropa Liqası və qitə klublarında çıxış edənlərə veriləcək. Yalnız Azərbaycan Premyer Liqasında çıxış etməklə milliyə düşmək asan olmayacaq. "Evimin içidir" deyib Araz Abdullayev kimi "Neftçi"nin kapitan sarğısına güvənməklə yığmanın start heyətində, Vaqif Cavadov kimi klub dəyişə-dəyişə xoşbəxtliyi "Sumqayıt"da tapmaqla millidə yer tutmaq istəyi alınmayacaq. Artıq bu komandaya sol cinah müdafiəçisi kimi tələbatlı mövqeyə Ufuk Budaktək Türkiyə Super Liqası klubunda çıxış edən futbolçu çağırılmır, nəinki Azərbaycan Premyer Liqasında oynayanlar... Belə rəqabətə nə deyirsiz?
Artıq 2 tur geridə qalıb. İlk turdan millimiz C qrupunda Almaniya ilə şərikli liderdir. Hər ikisinin 6 xalı var. Hər ikisi eyni hesablı qələbələrə imza atıb. Almaniya 3:0, Azərbaycan 1:0. 2-ci pillə komandamızı "pley-off"a aparır.
Nə deyirsiz: "Niyə də yox?"