1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Yoahim Löv yalnız rekordçudan geri qalır
Yoahim Löv 2006-cı ildən baş məşqçisi olduğu Almaniya milli komandasında oyun sayına görə 2-ci yerə çıxıb. Sportnet.az-ın məlumatına görə, 55 yaşlı mütəxəssis üçün 2018-ci il dünya çempionatının seçmə mərhələsində Çexiya yığmasına evdə 3:0 hesabı ilə qalib gəldikləri rəsmi matç yubiley - 140-cı olub.
Löv bu göstəricidə Helmut Şeni qabaqlayıb. Hesabında 139 matç olan həmin mütəxəssis 1964-cü ildən 1978-ci ilədək millisinə rəhbərlik edib.
Bundestimdə ən çox oyun keçirən baş məşqçi Zepp Herbergerdir. Lövün ona çatmasına 12 oyunu qalıb.
Xatırladaq ki, Löv hazırda da eyni qrupda mübarizə apardığı Azərbaycan yığması ilə indiyədək keçirdiyi 4 oyunun hamısında qalib gəlib.