
"Biz güclü yığmayıq və meydanda daha yaxşı oyun nümayiş etdirdik".
Bu sözləri Sportnet.az-a açıqlamasında Norveç milli komandasının futbolçusu Ole Selnaes DÇ-2018-nin seçmə mərhələsində Azərbaycan yığmasına 0:1 hesabı ilə uduzduqları matçdan sonra bildirib. O deyib ki, matçda əldən buraxdıqları qol şansları nəticəni müəyyənləşirən əsas amil olub: "Oyunboyu çoxlu hücum etdik. Hesabı bərabərləşdirmək, hətta irəli çıxmaq üçün xeyli qol şansımız oldu. Ancaq təəssüf ki, bunları dəyərləndirə bilmədik".
Yarımmüdafiəçinin fikrincə, məğlubiyyətdə meydana arxayın çıxmaları, millimizi qiymətləndirəməmələri rol oynayıb: "Dediyiniz kimi deyil. Rəqibimizə yuxarıdan aşağı baxmırdıq, asan qələbə qazanacağımızla bağlı rahatlaşmamışıdıq. Bizim daha yaxşı qol imkanlarımız oldu. Həm cərimə, həm də künc zərbələrindən fərqlənə bilərdik. Ancaq bunları dəyərləndirə bilmədik. Fikirləşirəm ki, bizim üçün şanssız gün idi. Meydanda şanssız komanda idik. Bəxt isə Azərbaycanın tərəfində oldu. Bu oyunda rəqibimizin bir az bəxti gətirdi".