1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
“Həyat yoldaşıma Qəbələdə çox çətindir”
"Oğlum balacadır. Yəqin ki, valideynləri olan yerdə yaxşıdır. Qəbələdə rusdilli məktəbə gedir, Ukrayna dillilər heç yerdə yoxdur... Mən şadam ki, heç olmasa, bu imkan var. Mən oğlumla ukraynca danışmağa cəhd edirəm. Anası ilə daha çox rusca danışır”.
Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Qəbələ”nin ukraynalı baş məşqçisi Roman Qriqorçuk öz ölkəsinin mətbuatına müsahibəsində bildirib.
Ailəsi, oğlu Tamerlan haqda danışan 51 yaşlı mütəxəssis onun məktəbdə oxumaqla yanaşı, "Qəbələ” Futbol Akademiyasında məşğul olduğunu söyləyib: "Onda futbolçu olmaqla bağlı xüsusi istək görmürəm. Ancaq demək olmaz ki, oynamaq istəmir. Onun bütünlüklə futbolçu olmaq üçün elə istedadı olardısa və başqa yolu yoxdursa, mən də "yox" deməzdim... Hansıa işartıları var. Əlbəttə, oğlumun futbolçu kimi böyüməsini istərdim. Ancaq mən ona əsaslanacağam ki, futbolu superistedadlı insanlar oynamalıdırlar".
Qriqorçuk həyat yoldaşına Qəbələdə çox çətin olduğunu bildirib: "Mən digər futbolçuların həyat yoldaşlarından və oyunçuların özlərindən bunu görürəm. Onlara belə mühitdə uzun müddət olmaq çox çətindir. Lap sən yüksək şəraitli əla oteldə yaşayırsan. Ancaq yalnız bu oteldə yaşayırsan. Sənə harasa çıxmağa az yer var. Yaxşı bir neçə yer var. Ancaq sən onların hamısında olmusan. Mən görürəm ki, demək olar bütün futbolçular orada darıxırlar. Onlara hansısa daha sürətli həyat, çox insan görmək çatışmır”.
Roman İosifoviç buna ilk olaraq misal kimi özü ilə gətirdiyi köməkçilərini göstərib: "Andrey Qluşenko sadəcə, belə yaşayışa tab gətirmədi. Mən gördüm ki, buna nöqtə qoymaq lazımdır. Çünki insana çox çətindir. Bu, insanların ailəsinin olmadığı vəziyyətdir. Ailən olanda, bu, daha asandır. Mən başa düşürdüm ki, insanlar daha bacarmırlar. Qluşenkodan sonra Mixaylo Savka ilə Stepan Matveyev daha 6 ay dözdülər. Ancaq sonra "vəssalam” dedilər. Çox çətindir. Mən bunu görərək onlara dedim: "Narahat olmayın, siz məni çətin vəziyyətdə qoymadınız, hər şey normaldır”. Sadəcə, evinizə gedin, ailənizlə birgə olun, dincəlin. Mənə onlarsız çətindir. Ancaq başa düşürdüm ki, bu haqda fikirləşmək və çox danışmaq lazım deyil. Çünki başqa çıxış yolu sadəcə, yoxdur. İndi mənim digər köməkçilərim var, yerli məşqçilərdir, çox yaxşı insanlardır və mənə çox kömək edirlər. Biz birgə işləyirik. Onlara asandır, axı evlərindədirlər”.
Azərbaycan mətbuatına da toxunan Qriqorçuk çoxlu peşəkarın olduğunu söyləyib: "Biz onlarla normal dolanırıq. Ancaq yəqin ki, bir və ya bir neçəsi var ki, onlar özlərinə futbola ümumilikdə mane olan anlara həqiqətən toxunurlar. İnsanlar yalan yaza, nəsə fikirləşə bilər. Kimsə yazmışdı ki, Aleksey Antonov həyat yoldaşımın qardaşıdır. Mən istərdim ki, Antonov kimi gözəl insan qohumum olsun. Ancaq təəssüf ki, biz qohum deyilik”.
Təcrübəli mütəxəssis "Qəbələ”də hazırda ukraynalı futbolçuların az olması ilə bağlı sualı belə cavablandıırb: "Bunu demək çətindir. Mən düzünü deyirəm ki, pasporta baxmıram. Əsas odur ki, futbolçu tələblərimizə cavab versin. İstədiyim futbolu oynamağa hazır idim. Bizdə Alkesey Qay vardı. Düşünürdüm ki, o qalacaq. Ancaq sonra gördüm ki, Qay "Qəbələ”də olmayacağı ilə bağlı özündə qərar verib. Nəticədə bir ukraynalımız azaldı... Antonovla bağlı vəziyyət belədir ki, mən onu futbolçu kimi çox sevirəm. O, bizə Qazaxıstandan heç də yaxşı vəziyyətdə gəlmədi. Ancaq tez formasını yığdı və yetərincə yaxşı oynayırdı. Sonradan isə yenidən zədələndi və bu xəsarət onu sıradan çıxardı. Biz belə vəziyyətə eyni cür baxırdıq. Başa düşürdük ki, Aleksey başqa komandaya keçəcək. Mən ondan heç bir etiraz eşitmədim. Fikrimcə, bunu mənə deyərdi”.