Milli komandamızın DÇ-2018-in seçmə mərhələsində Norveçə qalib gəlməsi (1:0) Türkiyədə də əks-səda doğurub. Sportnet.az-ın məlumatına görə, Türkiyə mediasında komandamızın Norveçi Bakıdan məğlub yola salması haqda müxtəlif yazılar dərc olunub.
"Beyaz TV"nin futbol verilişində isə türkiyəli sabiq FİFA referisi, idman şərhçisi Ahmet Çakar millimizin qələbəsindən bəhs edib. O, Türkiyə millisinin İslandiyaya uduzmasını (0:2) kəskin tənqid edərək, yığmamızın iki oyuna 6 xal toplamasını nümunə göstərib. (qol.az)