17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması ikinci oyununu keçirib. Sportnet.az-ın məlumatına görə. Polşa millisi ilə qarşılaşan yığmamız 0:4 hesabı ilə məğlub olub.
Millimiz turnirdə son oyununu oktyabrın 13-də Estoniya yığmasına qarşı keçirəcək.
Xatırladaq ki, qızlarımız Macarıstanda keçirilən seçmə mərhələdə ilk matçında meydan sahiblərinə də böyük hesabla (0:3) uduzub.