1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Millimiz Avropada fərqləndi, Prosineçki rekordunu təkrarladı
Azərbaycan millisi cari seçmə mərhələ oyunlarında "quru seriya"sını davam etdirib. Sportnet.az-ın məlumatına görə, DÇ-2018-in seçmə mərhələsinin startında San-Marino və Norveçdən qol buraxmayan komandamız bu dəfə Çexiyada həmin uğura imza atmaqla artıq 3 oyundur qapısını toxunulmaz saxlayır.
Millimizin seçmə mərhələlərdəki çıxışları tarixində bunadək yalnız 1 dəfə birdən artıq matçda qol buraxmamışdı. Həmin uğurlu seriya da 3 "quru"dan ibarət idi və məhz Robert Prosineçkinin vaxtında olub. AVRO-2016-nın ardıcıl oyunlarında Maltadan evdə, Norveçdən səfərdə və Xorvatiyadan Bakıda qol buraxmayan yığmamız tarixinin rekordunu rəsmiləşdirmişdi. İkinci dəfə seriyaya imza atan millimiz xorvatiyalı baş məşqçisi ilə rekordununu təkrarlayıb.
Hazırkı seçmə mərhələdə 4 yığma 3 turdan sonra qol buraxmayıb. Bunlar qrup liderləri – Almaniya, İngiltərə və Belçikadır. Yəni, qrup ikinciləri arasında yalnız millimiz qapısında top görməməklə Avropada fərqlənib.
Yığmamızın əsas qapıçısı Kamran Ağayevin ötən seçmə mərhələni də nəzərə alsaq, "quru seriya"sı 326 dəqiqəyə çatıb. O, sonuncu dəfə rəsmi oyunda ötən il oktyabrın 13-də Bolqarıstanla Sofiyadakı matçın 56-cı dəqiqəsində rəqib hücumçu Dimitar Rangelovdan qol buraxıb.
Qeyd edək ki, komandamız San-Marino ilə səfər, Norveçlə ev oyunlarının hər ikisini 1:0 hesablı qələbə ilə başa vurub.