1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
FİFA adına daha 3 namizəd
Azərbaycanın daha bir baş hakiminin adı FİFA Hakimlər Komitəsinə təqdim edilib. Sportnet.az-ın məlumatına görə, bu barədə "Report"a AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov açıqlama verib.
X.Məmmədov bildirib ki, ali futbol qurumuna ümumilikdə 12 hakimin adı olan siyahı göndərilib: "Siyahıda olanlardan hazırda üç baş hakim və altı yan xətt hakimi FİFA referisi adını daşıyır. Siyahıda bir yeni baş hakim və iki köməkçi hakimin adı yer alıb. Sadəcə bu şəxslərin adlarını indi açıqlaya bilməyəcəm. Çünki FİFA Hakimlər Komitəsi qəbul etməsə, bu həmin hakimlərə mənəvi cəhətdən çox pis təsir edə bilər".
Onun sözlərinə görə, FİFA siyahılara noyabrın sonlarında keçiriləcək Hakimlər Komitəsinin iclasında baxacaq və qərarını verəcək.
Qeyd edək ki, azərbayacnlı FİFA referiləri Əliyar Ağayev, Rəhim Həsənov və Orxan Məmmədov, FİFA laynsmanları isə Yaşar Abbasov, Zeynal Zeynalov, Namiq Hüseynov, Mübariz Haşimov, Vaqif Musayev və Rza Məmmədovdur.