1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Aleksey Qay: "Qəbələ"dən məni saxlamaq üçün canfəşanlıq görmədim" - MÜSAHİBƏ
"Qəbələ"nin ukraynalı sabiq futbolçusu, cari mövsümdən "Kuban"da çıxış edən Aleksey Qay Rusiya mətbuatına geniş müsahibə verib. Sportnet.az həmin müsahibənin Azərbaycanla bağlı hissəsini təqdim edir...
- Ailənizi Krasnodara gətirmə qərarını özünüz qəbul etdiniz?
- Bu məsələ heç gündəmdə deyildi. Həyat yoldaşımla həyata baxışımız çox yaxındır. Biz bir-birimizdən ayrı yaşamağı ağlımızdan belə keçirmirik. Ailəm mənimlə hətta Azərbaycana getmişdisə, harada ki ötən 2 mövsümü keçirdim, niyə Krasnodar istisna olmalıdır?
- Sizin oynadığınız Rusiya I Divizionu coğrafiyasına görə dünyada ən geniş yarışlardan biridir. Bu üzdən ailəniz sizi tez-tez görmür. Ukrayna və Azərbaycandakı karyeranızdan sonra buna öyrəşmək çətindir?
- Hələ ki uzunmüddətli səfərimiz olmayıb. Maksimum Tümenə 3 saata uçmuşuq. Bu, məndə heç rahatsızlıq yaratmayıb. "Kuban"da da mənə rahatdır. Çünki görürəm ki, bu, diyar üçün xalq komandasıdır.
- Azərbaycandan gələndən sonra yeni klubda müqavilənin maliyyə tərəfi sizin üçün müəyyən əhəmiyyət daşıyırdı?
- Məsələnin maliyyə tərəfini götürsək, bu, gəlişimdə aşkar 1-ci yerdə deyildi. Həyatda mövqeyim belədir: futbolu yalnız qazanc vasitəsi kimi qəbul etmirəm. Bu, mənim üçün işdir. Hansında ki, öhdəliklərini keyfiyyətlə yerinə yetirməklə pulu qazanmağa layiq olmalısan. Pul mənim üçün stimul sayılmır.
- Azərbaycandan niyə getdiniz: "Qəbələ" ilə müqaviləni uzatmaq imkanınız olmadı?
- Əslində, klubla müqaviləm bitəndə, rəhbərlik tərəfdən əməkdaşlığı uzatmaqla bağlı xüsusi bir canfəşanlıq görmədim. Sonda vəziyyət elə həddə gəlib çatdı ki, özüm-özümə "Qəbələ"də qalmayacağımı söylədim. Hətta gələn təkliflərə artıq mən tərəfdən baxılmırdı. Kluba qarşı heç bir incikliyim yoxdur. Əksinə, "Qəbələ"yə minnətdaram ki, mənim üçün yeni həyat tərzi olan digər ölkəni görməyimə imkan yaratdı. Axı Azərbaycanda 2 maraqlı mövsüm keçirdim.
- Sizi Azərbaycanda daha çox nə təsirləndirdi, təəccübləndirdi?
- Bu sualı vaxtında mənə azərbaycanlı jurnalistlər də vermişdilər. Mən özüm üçün onu qeyd etdim ki, ölkə haqda nəsə deyəndə yerlilər çox inciyirlər. Onlar sənin sözlərini yalan sayırlar. Məsələn, mən yolda avtomobili idarə etməklə bağlı demişdim. Sənin getdiyin zolaqda qarşına avtomobil ona görə çıxa bilər ki, sürücüyə 20-30 metrdən sonra dönmək lazımdır! Bu, onlar üçün normaldır. Mənim üçünsə vəhşilik. Ancaq müsahibəyə olan şərhləri sonradan mətbuatda və internetdə oxuyarkən inciklik dolu çoxlu replika ilə rastlaşdım. Buna görə də azərbaycanlıların bir xüsusiyyəti öz ölkələri haqda yadların sözlərini ürəklərinə çox salmalarıdır.
- Bəs "alovlar şəhəri" olan Bakı diqqətinizi çəkdimi?
- Mən bu şəhəri nümunəvi bir məkan adlandırardım. O, eyni zamanda həm müasirdir, həm də tarixi. Orada Şərqlə Qərb möcüzəvi dərəcədə cəmləşir. Kim ki Bakıda olmayıb, ona bu şəhərə ekskursiyaya getməyi təkidlə tövsiyə edirəm. Mən şəhərin rəhbərliyinə öz hörmətimi söyləməyə bilmərəm. Onlar son illərdə Bakıya hazırkı yeni əla xarici görünüşü veriblər.
- İki milyonluq paytaxtdan şimalda yerləşən Qəbələdə cəmi 13 min əhali yaşayır. Necə oldu ki, şəhərin eyniadlı klubu indi ölkədə belə əks-səda yaratdı?
- Burada çoxlu amillər cəmləşib. Məsələn, postsovet məkanında olan bir çox digər ölkə kimi Azərbaycandan da maliyyə böhranı yan keçmədi və yerli futbolda pulun sayı azaldı. Buna görə ölkənin futbol nəhəngləri son vaxtlar çox qeyri-sabit çıxış edirlər. "Neftçi" ilə "İnter" böhrandadır. Ölkə futbolunda aparıcı rola "Qarabağ"la "Qəbələ" çıxıb. Hansılarda ki maliyyə planında hər şey sabitdir. "Qəbələ"nin cavan, iddialı sahibi var. O, komandanı yüksəkdə görmək istəyir və baş məşqçi kimi oyun qoyuluşunda usta olan Roman Qriqorçuku dəvət etdi. Onun rəhbərliyi altında komanda ölkə çempionatının bürünc medaçısı oldu və ardıcıl 2-ci mövsüm Avropa Liqasının qrupunda oynayır.
- Belə görünür ki, sizi "Qəbələ"yə ilyarım Odessada birgə çalışdığınız Roman Qrioqrçuk dəvət etdi?
- Bəli. Ukraynadakı çətin vəziyyətə qayıtsaq, yerli "Çeromorets"də normal yaşamaq üçün heç nə yox idi, Roman İosifoviç özünə yeni iş yeri axtarmalı oldu. O, əvvəldən söylədi ki, məni özüy ilə aparacaq. Mənə yalnız o qalırdı ki, gözləyim və Qriqorçukun hara gedəcəyini internetdə izləyim. Gözəl bir bi gündə öyrəndim ki, o, "Qəbələ"dədir. Tezliklə mənə Qriqorçuk təkliflə zəng etdi.
- Bu mütəxəssisin məşqçilik dəst-xəttini necə xarakterizə edərdiniz?
- Roman İosifoviç futbolun fanatıdır. O, məşq prosesini və oyunçularla fərdi ünsiyyəti sevir. Bu məşqçinin işlə bağlı öz istiqaməti var. O, bundan imtina etmək istəmir. Qriqorçuk ona təkid edir ki, komanda hücumda güclü olmalı və bu zaman müdafiəni unutmamalıdır. Futbolçular isə topla irəli getməli və oyunu öz üzərlərinə götürməkdən qorxmamalıdırlar.
- Ötən mövsüm Avropa Liqasında "Krasnodar", PAOK və Dortmund "Borussiya"sı ilə bir qrupda olarkən əvvəldən özünüzü "sirli at" sayırdınız?
- Necə deyərlər, iştah diş altında olur. Biz sonda topladığımızdan daha çox xal yığa bilərdik. Konkret, Krasnodarda 1:2 hesabı ilə uduzduğumuz matçda heç də pis oynamadıq, yetərincə qol imkanımız oldu. Üstəlik, baş hakim qolumuzu saymadı. Ancaq əlbəttə, qrupdan çıxmağa ümid etmirdik.