Sabah Azərbaycan Premyer Liqasında XIII tura start veriləcək. Sportnet.az-ın məlumatına görə, qarşıdakı tur 3 gündə keçiriləcək. Avropa Liqasının qrup mərhələsində təmsilçilərimiz olan "Qarabağ"la "Qəbələ"nin görüşü ilə tura yekun vurulacaq.
Tur tarixi derbi sayılan "Kəpəz" - "Neftçi" qarşılaşması ilə strat götürəcək. Elxan Abdullayevin "ağ-qaralar"da ilk qəbəsini məhz gəncəlilər üzərində qazanıb. Titullu komandalar hazırda turnir cədvəlinin sonlarında qərarlaşıb. "Neftçi" qalib gələrsə, "Kəpəz"ə çatacaq və nəhayət, 7-ci pillədən canını qurtaracaq. Bu da rəqibindən şəxsi oyunlarda üstün olması ilə bağlıdır.
Son pillənin sahibi AZAL "Sumqayıt"ı qəbul edəcək. "Təyyarəçilər"in bu çempionatda xal ala bildiyi rəqiblərdən biri də məhz sumqayıtlılar olub. Tərlan Əhmədovun komandası qalib gələ bilməzsə, qış fasiləsinə son pillədə yollanacağı dəqiqləşəcək.
"İnter" liderlər qrupuna yaxınlaşmaq üçün yaxşı imkana malikdir. Bunun üçün səfərdə "Zirə"yə qalib gəlmək lazımdır. Adil Şükürovun komandası "İnter"i ilk dövrədə qələbədən son dəqiqələrdə vurduğu qolla məhrum edib. "Bankirlər"i budəfəki xal itkisi liderlər qrupundan daha da uzaqlaşdıra bilər.
Nəhayət, turun mərkəzi oyunu "Azərsun Arena"da keçiriləcək. Şərikli liderlər olan "Qarabağ"la "Qəbələ" zirvə döyüşünə çıxacaq. Ağdam klubu ilk dövrədə rəqibinə uduzduğundan ondan geri qalır. Deməli, bunu aradan qaldırmaq üçün mütləq evdə qalib gəlmək lazımdır. Özü də Qəbələdə 2 top fərqli məğlubiyyət olduğundan qələbə minimal hesablı olmamalıdır. "Qəbələ" yenə meydanı qalib tərk edərsə, qış fasiləsinə lider kimi yollanacağı dəqiqləşəcək. Roman Qriqorçuun komandası üçün heç-heçə də pis nəticə sayılmayacaq. Çünki bu halda da şəxsi oyunlarda üstün olacaq və deməli, 1-ci pillədə qalacaq.
Qeyd edək ki, "Qəbələ" son 2 turda səfərdə oynayacaq. "Qırımızı-qaralar" bu ilə Gəncədə "Kəpəz"lə matçla yekun vuracaq. "Qarabağ" isə "Qəbələ"nin ardından digər əsas rəqibi "İnter"i qəbul edəcək.
27 noyabr (bazar)
14:00. "Kəpəz” – "Neftçi”
Hakimlər: Ömər Paşayev, Yaşar Abbasov, Vüqar Bayramov, Knyaz Əmiraslanov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rəhim Həsənov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Xaqani Məmmədov
Gəncə. Şəhər stadionu
Birinci dövrədəki oyun - 0:2
16:00. AZAL – "Sumqayıt”
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Rahil Ramazanov, Nahid Əliyev
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Vüsal Əliyev
Bakı. "AZAL Arena” stadionu
Birinci dövrədəki oyun - 1:1
28 noyabr (bazar ertəsi)
17:00. "Zirə” – "İnter”
Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, İsgəndər Əliyev, Vüsal Qənbərov
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Kərim Ağayev
Bakı. Zirə İdman Kompleksinin stadionu
Birinci dövrədəki oyun - 1:1
29 noyabr (çərşənbə axşamı)
19:00. "Qarabağ” – "Qəbələ”
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Akif Əmirəli, Coşqun Həsənov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Məlik Həsənov
Bakı. "Azersun Arena” stadionu
Birinci dövrədəki oyun - 0:2