"Şəhriyar Xəlilovun ölüm xəbərini sizdən eşidirəm. Bu, mənim üçün şok oldu, inanmağım gəlmir". Bu fikirləri Sportnet.az-a açıqlamasında AZAL-ın futbolçusu Rəşad Abdullayev bildirib.
Azərbaycan Premyer Liqasının XIII turunda "Sumqayıt"la ev oyununa hazırlaşan təcrübəli futbolçu bu üzdən bütün diqqətini matça yönəltdiyini, keçmiç komanda yoldaşı Şəhriyar Xəlilovun ölümündən bixəbər olduğunu söyləyib: "Onu bilirəm ki, Samux rayonun Zazalı kəndindən idi. Gəncəyə yaxın bir yerdir. "Qəbələ"də birgə oynamışıq. Xəlilovla bir azərbaycanlı balası kimi yadımda xoş, yaxşı təəssüratlar qalıb. İndi bu xəbəri eşitdim, şok oldum. Gözlənilməz xəbərdir. Allah rəhmət eləsin".
Abdullayev "Neftçi"də oynadığı vaxtda Xəlilov "Xəzər Lənkəran"da çıxış edirdi. "Ağ-qaralar"ın İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda 5:0 hesabı ilə qlaib gəldikləri derbi matçda futbolçular arasında xoşagəlməz olay baş vermişdi. Abdullayev rəqibinə şillə vurduğuna görə AFFA İntizam Komitəsi tərəfindən cəzaya məruz qalmışdı: "Bu, derbi oyun idi. Prinsipial matçın ab-havasına düşmüşdük. Hərəkətimə görə peşman oldum və dərhal da üzr istədim. Çoxdan olan bir şey idi, tez də yaddan çıxdı. Bundan sonra "Qəbələ"də komanda yoldaşı olduq. Şəhriyar böyük-kiçik yeri bilən, mentalitetimizə hörmət edən bir oğlan idi. "Qəbələ"də hərtərəfli dost, yaxın insan olmuşduq. Şəhriyar və onun timsalında gənc futbolçular kiçik qardaşlarım idilər".
Rəşad Şəhriyarı yaxşı futbolçu kimi xatırlayır: "Mənimlə xeyli vaxtda eyni cinahda oynadı. Mən yarımmüdafiənin, o isə müdafiənin sağ cinahında çıxış edirdi. Yadımda yaxşı futbolçu kimi qalıb. Mərifəti-qanacağı da öz yerində, hörmət saxlayan birisi idi".
Abdullayev mərhumun yas mərasimində iştirak emək fikrində olduğunu söyləyib: "Bir var ki, futbolçunu uzaqdan-uzağa tanıyasaan. Biri də var, komanda yoldaşın olsun. Onlar gənc futbolçularımız olub. Aramızda yaş fərqi çox olsa da, ayrıseçkilik etməmişik. Üstəlik, rayon yerində oynayanda komanda bir yerdə çox olur. Samuxa yasa gedib hadisənin təfərrüatlarını öyrənəcəyik. İndi başım oyuna qarışıb".
Xatırladaq ki, AZAL - "Sumqayıt" matçı saat 16:00-da başlayacaq.
Bombardirlər: Coy-Lens Mikels ("Sabah"), Felipe Santos ("Araz-Naxçıvan") - hər ikisi 8, Davit Volkov (""Zirə"), Leandro Andrade ("Qarabağ") - hər ikisi 7 qol.