"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk "Qarabağ"la matçdan sonra "CBC Sport"a danışmaqdan imtina edib. Sportnet.az-pn məlumatına görə, baş hakim Rəhim Həsənovun qərarlarından narazı qalan ukraynalı mütəxəssis Premyer Liqanın oyunlarına yayım hüququna sahib olan telekanala müsahibə vermək istəməyib. Ancaq qalib baş məşqçi Qurban Qurbanov səsi tutulsa belə, bunu edib.
Qeyd edək ki, "CBC Sport" adətən matçlardan sonra baş məşqçilərdən, futbolçulardan müsahibələr alır.