Milli çempionatımızın iştirakçısı olan əcnəbi mütəxəssislər arasında vəzifələrində az duruş gətirənlər də olub. Bu yazıda heç 10 oyun vəzifələrində qalmayanlara nəzər salacağıq. Özü də ən tez qovulanları iki kateqoriyaya – baş məşqçi və baş məşqçi əvəzi olanlara bölərək hər birinə ayrılıqda nəzər yetirəcəyik.
İlk olaraq baş məşqçilər haqda. Bunlar arasında oyun sayı 10-a çatmayanlar elə 10 nəfər olub. Onlardan çoxu – Kosovoda doğulan Naci Şensoyu da nəzərə alsaq, 6-ı türkiyəli mütəxəssislər olub. Söhbət N.Şensoyla yanaşı, Fuad Yaman, Cevat Gülər, Mustafa Yılmaz, Cüneyt Biçər və Mehmet Tayfun Türkməndən gedir. Qalan 4 nəfərdən Oleq Smolyaninov Ukraynanı, Valdas İvanauskas Litvanı, Badri Kvaratsxeliya Gürcüstanı, Vlastimil Petrjela Çexiyanı təmsil edir.
Fuad Yamanın maraqlı, acı taleyi
Ən unikal qovulma F.Yamanla bağlıdır. "Karvan” debüt mövsümündə Yunis Hüseynovun rəhbərliyi altında çempionatın bürünc medalını və İntertoto Kubokuna vəsiqə qazansa da, rəhbərlik baş məşqçini dəyişməyi qərara alıb. Onun yerinə Türkiyədən F.Yaman dəvət olunur. Bu mütəxəssisin debütü Avropada Polşanın "Lex” klubuna qarşı olub. Yevlax klubu İntertoto Kubokunda bu rəqibə evdə ("Şəfa” stadionunda) 1:2, səfərdə 0:2 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.
Bundan sonra rəhbərliyin gözündən düşən F.Yaman Azərbaycan milli çempionatında elə debütündən sonra qovulub. Həmin yeganə oyun ilk turda – 2005-ci ilin avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda "Bakı” ilə səfər matçı olub. "Karvan” həmin mövsümün çempionuna 84-cü dəqiqədə Vadim Vasilyevin vurduğu qolla 0:1 hesabı ilə uduzub. Bu oyundan dərhal sonra, ardıcıl 3 məğlubiyyət alaraq istefaya göndərilən F.Yamana Yevlaxda komandanı oyuna çıxarmaq qismət olmur.
"Turan"la "Standard"ı digər klublardan fərqləndirən amil
Haqqında söz açdığımız 10 baş məşqçi 10 klubu təmsil etməyib. Çünki "Turan”la "Standard” hərəyə 2 dəfə əcnəbi mütəxəssisi tez yola salıb. Bunlardan N.Şensoy 4, Mustafa Yılmaz 7 oyun duruş gətirib. Ancaq onu da nəzərə almaq lazımdır ki, N.Şensoy 3 müxtəlif vaxtda "Turan”ın baş məşqçisi olub. O, ilk gəlişində tez yola salınıb. Bu, başa çatmayan 2001/02 mövsümünə təsadüf edib. Onda N.Şensoy debütündə ("Dinamo”ya 4:0) də, son matçında ("Ümid”ə 2:0) da qalib gəlməsi ilə diqqət çəkib. Ancaq bu qarşılaşmalar arasında "Neftçi”yə 0:1 hesabı ilə uduzan, "Qarabağ”la qolsuz bərabərliyə qalan Tovuz klubu "altılığ”a düşə bilməyib.
M.Yılmaz bundan xeyli sonra – 2008/09 mövsümündə "Turan”a gəlib və qələbə üzünə həsrət qalaraq gedib.
Cevat Gülər də qalib gəlmədən postundan göndərilib. Sadəcə, məsələ ondadır ki, o, həmin vaxt 3 iddialı rəqibdən - "Xəzər Lənkəran”, "Bakı” (hər ikisi 1:1) və "Qarabağ”la (0:0) heç-heçə edərək xal almağı bacarıb. C.Gülərin yeganə məğlubiyyəti AZAL-a 1:3 hesabı ilə olub.
"Standard” isə postsovet məkanı təmsilçilərini – gürcü Badri Kvaratsxeliya ilə litvalı Valdas İvanauskası eyni ildə qısa müddətdə istefaya göndərib. Bunlar 2008/09 mövsümünün sonu ilə 2009/10 mövsümünün əvvəlində olub. B.Kvaratsxeliya həmyerlisi Kaxaber Tsxadadzenin gedişindən sonra onun yerinə baş məşqçi postuna keçib və 9 matç duruş gətirib. "Standard” növbəti mövsümün əvvəlində Litvadan məşhur V.İvanauskası gətirsə də, 7-ci turdan sonra yola salıb. O, Azərbaycan mili çempionatında qalib gələ bilməyən əcnəbi mütəxəssislərdən olub.
"İnter”in ilk baş məşqçisi olan Anatoli Konkovu bu vəzifədən azad edərək kluba vitse-prezident təyin edəndən sonra onu yerinə həmyerlisi Oleq Smolyaninovu gətirib. Ancaq bu, cəmi 6 matçdan ibarət olub və O.Smolyaninovu da həmyerlisi əvəzləyib. Bu, həmin vaxt klubda elmi-metodiki qrupa rəhbərlik edən Valenti Xodukin idi. Yeri gəlmişkən, "İnter”ə ilk çempionluğu 2007/08 mövsümündə məhz bu mütəxəssisin rəhbərliyi altında qazanmaq qismət olub. V.Xodukin Azərbaycanda ilk titulı qazanan əcnəbi mütəxəssis kimi adını futbol tariximizə yazdırıb.
Ən yaxşı göstərici Vlastimil Petrjeladadır
Avropada tanınan mütəxəssislərdən olan Vlastimil Petrjela da Azərbaycanda heç 10 oyun tab gətirməyib. Rusiyada "Zenit” klubunda uğurlu işi ilə tanınan çexiyalı baş məşqçi "Neftçi”də 2007/08 mövsümünndə əvvəlində Qurban Qurbanovu əvəzləyib və ilk dövrənin sonunadək 9 oyunda baş məşqçi postunda olub. Qış fasiləsində istirahət üçün vətəninə yollanan V.Petrjela Azərbaycana qayıdası olmayıb və ukraynalı Anatoli Demyanenko ilə əvəzlənib.
Hər halda, V.Petrjela ölkəmizdə tez qovulan baş məşqçilər arasında ən yaxşı göstəriciyə malik olması ilə seçilir. Təsəvvür edin ki, təcrübəli mütəxəssis 9 oyunun 6-da qalib gəlib və cəmi 1-də uduzub. Ancaq bu, "Neftçi”nin tarixində ən ağır məğlubiyyətlərdən olub. Söhbət Tofiq Bəhramov adına Respublika stadionunda həmşəhərliləri "Bakı”ya 1:5 hesablı məğlubiyyətdən gedir.
Azərbaycan milli çempionatında ən tez qovulan baş məşqçilər (ən uzağı 10 oyunadək)
Fuad Yaman |
2005/06 |
Karvan (Yevlax) |
Türkiyə |
1 |
0 |
0 |
1 |
0 |
1 |
0 |
Cevat Gülər |
2012/13 |
Rəvan (Bakı) |
Türkiyə |
4 |
0 |
3 |
1 |
3 |
5 |
3 |
Naci Şensoy |
2001/02 |
Turan (Tovuz) |
Türkiyə |
4 |
2 |
1 |
1 |
6 |
1 |
7 |
Oleq Smolyaninov |
2005/06 |
İnter (Bakı) |
Ukrayna |
6 |
3 |
1 |
2 |
8 |
2 |
10 |
Mustafa Yılmaz |
2008/09 |
Turan (Tovuz) |
Türkiyə |
7 |
0 |
1 |
6 |
1 |
15 |
1 |
Valdas Ivanauskas |
2009/10 |
Standard (Sumqayıt) |
Litva |
7 |
0 |
2 |
5 |
5 |
10 |
2 |
Cüneyt Biçer |
2011/12 |
Xəzər Lənkəran |
Türkiyə |
8 |
5 |
1 |
2 |
13 |
4 |
16 |
Badri Kvaratsxeliya |
2008/09 |
Standard (Bakı) |
Gürcüstan |
9 |
3 |
1 |
5 |
8 |
12 |
10 |
Mehmet Tayfun Türkmən |
2004/05 |
Gənclərbirliyi (Sumqayıt) |
Türkiyə |
9 |
3 |
2 |
4 |
12 |
16 |
11 |
Vlastimil Petrjela |
2007/08 |
Neftçi (Bakı) |
Çexiya |
9 |
6 |
2 |
1 |
15 |
8 |
20 |
Cüneyt Biçər baş məşqçi əvəzi kimi uğurla çalışıb
C.Biçərə 2 ampluada – həm baş məşqçi, həm də baş məşqçi əvəzi kimi diqqət yetirəcəyik. Çünki "o, Xəzər Lənkəran”da baş məşqçi olubsa, "Bakı”da bu vəzifəni icra edib. Gənc türkiyəli mütəxəssis hər 2 klubda cəmi 15 oyun keçirsə də, müsbət saldoya malik olub. Bu, xüsusilə "Xəzər Lənkəran”da 8 oyundan 5-də qazanılan qələbə ilə özünü göstərib.
C.Biçərin "Bakı”da baş məşqçi əvəzi kimi fəaliyyəti isə uğurlu alınıb və həmin 2009/10 mövsümündə titulla, medalla tarixə düşüb. Tanınmış həmkarı Bülənt Korkmazın gedişindən sonra "Bakı”nın rəhbərliyi bu vəzifəni icra etməyi mövsümün sonunadək ona tapşırıb. Həmin 7 oyunun 3-də qalib gələn, 3-də heç-heçə edən və yalnız 1-də uduzan C.Biçər çempionatı gümüş medalla başa vura bilib. Gələcək komandası "Xəzər Lənkəran”ı son turda onun meydanında 1:0 hesabı ilə məğlub etməklə çempionluqdan məhrum edən türkiyəli mütəxəssis növbəti zərbəni Azərbaycan Kubokunun finalında vurub. Bu, əlavə vaxtda 2:1 hesablı qələbə olub və tutul qazanmaqla nəticələnib.
Baş məşqçi əvəzilərdən C.Biçərdən çox yalnız Luis Araqon duruş gətirib. İspaniyalı mütəxəssis Ramiz Məmmədovun gedişindən sonra 2012/13 mövsümünün axırınadək "Qəbələ”nin "sükanı arxası"nda olub. Ancaq Araqon cəmi 1 matçda qalib gəlməyi bacarıb. Baş məqşçi əvəzi olan digər 4 əcnəbi mütəxəssis isə qələbə üzünə həsrət qalıb. Bunlardan italiyalı Covanni Melkiorre "Xəzər Lənkəran”da, serbiyalı Miroslav Saviç "Masallı"da debütü ilə gedişi bir olub. Türkiyəli Şenol Fidan "Xəzər Lənkəran"da, xorvatiyalı Stepan Çordaş isə "Olimpik"də hərəyə 3 matç keçirərək meydanı qalib tərk edə bilməyiblər. Özü də onların göstəriciləri eyni olub – 1 heç-heçə, 2 məğlubiyyət.
Covanni Melkiorre |
2013/14 |
Xəzər Lənkəran |
İtaliya |
1 |
0 |
1 |
0 |
1 |
1 |
1 |
Miroslav Saviç |
2007/08 |
Masallı |
Serbiya |
1 |
0 |
0 |
1 |
1 |
3 |
0 |
Şenol Fidan |
2005/06 |
Xəzər Lənkəran |
Türkiyə |
3 |
0 |
1 |
2 |
0 |
2 |
1 |
Stepan Çordaş |
2005/06 |
Olimpik (Bakı) |
Xorvatiya |
3 |
0 |
1 |
2 |
1 |
4 |
1 |
Cüneyt Biçər |
2009/10 |
Bakı |
Türkiyə |
7 |
3 |
3 |
1 |
8 |
4 |
12 |
Luis Araqon |
2012/13 |
Qəbələ |
İspaniya |
8 |
1 |
3 |
4 |
5 |
10 |
6 |