AFFA UEFA tərəfindən "Xəzər Lənkəran" üçün ayrılmış məbləği klubun hesabına köçürüb. Sportnet.az-ın məlumatına görə, AFFA Avropa futbol qurumuna məktub ünvanlayaraq tövsiyyəyə ehtiyac olduğunu bildirib.
UEFA isə öz növbəsində AFFA-nın 120 583 68 avronu klubun hesabına köçürməsini istəyib. Artıq vəsait klubun hesabına köçülürüb. Eyni zamanda "Xəzər Lənkəran" AFFA və Peşəkar Futbol Liqasına olan borcunu ödəyəcək.