
"Açığı, mən Qazaxıstan klubuna yeni gəlmişəm, tanıdığım adam azdır. Azərbaycan millisi ilə oyun mənim üçün önəmli idi ki, özümü ilk yoxlama görüşündə yaxşı göstərim”. Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Bakı"nın sabiq legioneri Mario Lukas Horvat Peşəkar Futbol Liqasının rəsmi saytına açıqlamasında bildirib.
Təcrübəli yarımmüdafiəçi yeni gəldiyi Qazaxıstanın "Okjetpes" klubunun heyətində Azərbaycanın U-21 yığmasına qarşı Antalyada yoxlama matçında oynayıb: "Domjale”də oynayarkən Avropa Liqasındakı oyunumuz azərbaycanlı hakim tərəfindən idarə olunmuşdu (Orxan Məmmədov nəzərdə tutulur – red.) Bu gün də yaxşı idarəçilik və maraqlı oyun getdi".