
"Zirə" klubu qış təlim-məşq toplanışının ikinci hissəsi üçün Türkiyənin Antalya şəhərinə yola düşüb. Sportnet.az-ın məlumatına görə, komanda ayın 23-dək qardaş ölkədə hazırlaşacaq.
Ayxan Abbasovun rəhbərlik etdiyi komanda yanvarın 18-də "qartallar" Qırğızıstan təmsilçisi "Dordoy"la (Bişkek) üz-üzə gələcək. 4 gün sonrakı rəqib isə Bolqarıstanın "Lokomotiv” (Gorna) klubu olacaq.
Qeyd edək ki, komanda Türkiyədən döndükdən sonra iki gün istirahət edəcək və ardından Premyer Liqanın AZAL-la oyununa hazırlığa start verəcək.