1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Filip Ozobiç: "Matça 100 faiz hazır deyildik"
"İlk olaraq mənə zəng edib, milliyə dəvət aldığımı dedilər. Buna görə çox sevindim və dərhal evə zəng etdim. Onlara bu xoş xəbəri çatdırdım və milliyə çağırıldığımı dedim". Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin futbolçusu Filip Ozobiç Xorvatiya yığmasına dəvət edilməsi haqda danışarkən klubun televiziyasına müsahibəsində deyib.
26 yaşlı yarımmüdafiəçi həyatı boyu yığmaya dəvət olunması üçün çalışdığını bildirib: "Həyatım boyu Xorvatiya yığmasına çağırılmaq üçün çalışmışdım. Oradakı əksər futbolçuları aşağı yaş qruplarından tanıyıram. Daha sonra məşqçi məni təbrik edib, rahat oynamağın lazım olduğunu dedi. Orada biz bir ailə kimi idik, dost idik. Ümid edirəm ki, növbəti dəfə də milliyə dəvət alacağam. Çində yaxşı turnirdə iştirak etdik. Sadəcə iki matçı penaltilərdə uduzduq. Amma yaxşı oynadığımızı düşünürəm. İlk oyundan əvvəl bir az gərgin idim. Matçın gedişində sakitləşdim və rahat oynamağa başladım. Oyuna qədər bizim cəmi bir məşqimiz olmuşdu. Ona görə də matça 100 faiz hazır deyildik. Sadəcə yaxşı oynadığımızı düşünürəm. Fikrimcə ilk oyunu yaxşı keçirdim və 60 dəqiqə meydanda oldum. Məşqçi bütün komandanın yaxşı oynadığını dedi. Təəssüf ki, məğlub olduq və finala çıxa bilmədik. Demək olar ki, onlar oyuna bizdən daha yaxşı hazırlaşmışdı. Onlar dekabrın 26-da, biz isə oyundan 2 gün əvvəl yığışmışdıq. Bununla belə yaxşı oynadığımızı düşünürəm. Baş məşqçi xüsusi olaraq heç kimə nəsə demədi. Sadəcə bütün komandadan razı qaldığını bildirdi".
Xorvatiyalı futbolçu yenidən yığmaya dəvət alacağına ümid etdiyini söyləyib: "Fikrimcə o, millidə çıxış etməyən futbolçuların ilk oyununu gördü. Bəlkə də heyətdən kimisə martda keçiriləcək dünya çempionatının seçmə qrup mərhələsinin oyununa dəvət edəcək. Kimisə dəvət etsə, onların millidə qalma şansı olacaq. İnanıram ki, məni də dəvət edəcək. Amma bunun nə dərəcədə real olub-olmadığını bilmirəm. Bunun üçün mən "Qəbələ"də yaxşı oynamalıyam. Ölkə çempionu olmaq istəyirəm. Bu halda yəqin məni dəvət edərlər. İndi mənim üçün "Qəbələ" və çempionluq daha vacibdir. Düşünürəm ki, bizdə hər şey yaxşıdır. Düşərgəyə gec qoşulduğum üçün ilk məşqlərə qatıla bilmədim. Azərbaycan çempionatına yaxşı hazırlaşacağımıza ümid edirəm. Hər oyunda qalib gəlib, çempion olmaq istəyirik".
Qeyd edək ki, "China Cup 2017” turnirində Xorvatiya yığması 2 oyun keçirib. Çili və Çin yığmaları ilə görüşdə Filip Ozobiçin komandası penaltilər seriyasında məğlub olaraq, 4-cü yeri tutub.