1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Cavid İmamverdiyev: "Orda təmiz penalti vardı" - MÜSAHİBƏ
"Neftçi"nin futbolçusu Cavid İmamverdiyev Azərbaycan Premyer Liqasının XV turunda "Qarabağ"la oyundan sonra müsahibə verib. 1:1 hesabı ilə nəticələnən matçda komandasının qoluna imza atan təcrübəli yarımmüdafiəçi Sportnet.az-ın qarşılaşmada olan əməkdaşının da suallarını cavablandıırb.
- Nəticə oyuna görə idimi?
- Çox gərgin matç keçdi. Azərbaycanda hamı bilir ki, "Qarabağ" - "Neftçi" görüşü həm böyük oyun kimi dəyərləndirilir, həm də gərgin mübarizə şəraitində keçir. DÜşünürəm ki, yaxşı mübarizə apardıq və qələbə qazanmalı idik. Düzdür, bilmirəm ki, həmin epizodda penalti var idi, yoxsa yox. Mənə görə bu gün biz qələbə qazanmağa layiq idik. Həm yaxşı mübarizə apardıq, həm də yaxşı qol imkanlarımız oldu.
- Komanda ikinci hissədə niyə dayandı?
- İnanmıram ki, dayandı. Sadəcə, baş məşqçi dedi ki, rəqibi arxadan qarşılayaq. İrəli də çıxmırdıq. Rəqibi ortada qarşılayırdıq. Bir az da yorğunluq oldu. Komanda hələ "oturmayıb". Bir-birimizi hələ tanımırıq, oyunumuzu hələ bilmirik. Gələn matçlarda bir-birimizi daha da tanıyacağıq və oyunumuz daha yaxşı alınacaq. İnanıram ki, "Neftçi" əvvəlki vaxtlarına qayıdacaq. Mən bu komandaya inanıram.
- Penalti epizodunda futbolçularınızın baş hakimə şikayətləri vardı...
- Rəhman Hacıyevin epizodunda gördüm. Orda təmiz penalti idi. Ancaq qapımıza təyin olunan penalti epizodunu dəqiq görmədiyimdən bir şey deyə bilmərəm. Buna baxıb dəqiq biləcəyik.
- Deyəsən, yenilənmiş "Neftçi” hər vəclə özünü sübut etməyə çalışırdı...
- Heç kəs deyə bilməz ki, nəticənin pis oldu. Fasilədən sonra ilk oyunumuz idi və xal qazandıq. Özü də "Qarabağ” kimi rəqiblə matçda.
- Azarkeşlərin izləyəcəyi "Neftçi” budur?
- Yox. "Neftçi” hər zaman hücum və pressinq edən komanda olub. Potensialımız artıqdır. Bunu oyundan-oyuna bunu hiss edəcək, görəcəksiniz. Məşqçilərimiz bizə çox inanır. Biz də onların inamını doğrultmaq üçün çox çalışırıq.
- Oyununda irəliləyiş olduğunu hiss etdik. Görünür, toplanışda çox çalışmısan...
- Əziyyət çəkirəm. Baş məşqçim də inanır. Gücüm var, çəkimi azaltmışam. Toplanışa yollananda 84 kq idim, indi isə 79-80 kq çəkiyə malikəm. Əsl çəkim budur. Artığı atdığıma görə, oyunumu da düzəldə biləcəm.