
Bu il aprelin 24-dən etibarən Bakıda AFFA tərəfindən UEFA-nın növbəti "Pro" kateqoriyalı məşqçi kursu keçiriləcək. Sportnet.az-ın məlumatına görə, kurs 6 moduldan ibarət olacaq.
Kursda iştirak edəcək məşqçilər arasında "Sumqayıt"ın baş məşqçisi Samir Abasov və "Qarabağ"ın futbolçusu Rəşad Sadıqov da var. Ümumilikdə 11 məşqçi "Pro" kateqoriyası üçün kursa yazılıb. Bunlar Elşad Əhmədov, Elçin Rəhmanov, Mick Bennett, Siyasət Əsgərov, Baba Əsgərov, Zaur Həşimov, Ramin Quliyev, Vüqar Məmməd, Mahmud Qurbanovdur.
Qeyd edək ki, kursa 2018-ci ildə yekun vurulacaq.