1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Asif Məmmədov üçün appendisit əməliyyatı
"Qəbələ"nin futbolçusu Asif Məmmədov bu gün əməliyyat olunub. Bu haqda Sportnet.az-a klubun həkimi Roman Jolobaylyuk məlumat verib.
O, 31 yaşlı yarımmüdafiəçinin appendisitlə bağlı probleminin olduğunu bildirib: "Appendisit elə bir şeydir ki, birdən ortaya çıxır. Səhər durursan, gözlənilmədən kəskin ağrılar yaranır və məlum olur ki, cərrahiyyə əməliyyatı qaçılmazdır. Asifdə də təxminən belə oldu. Onun əvvəl apendisitlə bağlı problemi yox idi. Bu gün səhər güclü ağrıları yarandı və müayinədən sonra əməliyyata göndərdik. Komandamız "Neftçi" ilə səfər oyununa hazırlıq məqsədilə Bakıda bir araya gəlib. Məmmədov Mərkəzi Gömrük Xəstəxanasında əməliyyat olundu. Onun laparoskopik üsulla əməliyyat olunması nəzərdə tutulmuşdu. Bu da yaşıl meydana qayıdışını bir qədər tezləşdirir".
Ukraynalı həkim Məmmədovun 3 həftədən sonra məşqlərə başlaya biləcəyini söyləyib: "Düzdür, futbolçunun sağalmasından asılı olaraq müddət 5 həftəyədək də çəkə bilər. Ancaq inanıram ki, Asif elə fevralda komanda ilə birgə hazırlığa qatıla biləcək".
Mehman SÜLEYMANOV