"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk qovulub. Sportnet.az-ın məlumatına görə, ukraynalı mütəxəsisis Azərbaycan Premyer Liqasının XVI turunda "Neftçi" ilə ev oyununda "texniki zona"da qovulub.
Matşın baş hakimi Fariz Yusifov Qriqorçukun "Neftçi"dəki həmyerlisi, baş məşqçi Elxan Abdullayevin köməkçisi Aleksandr Deriberinlə "söz atışması"na görə ikisini "texniki zona"dan çıxarıb. Roman İosifoviç buna kəskin etiraz etsə də, qərar dəyişməyib. "Qırmızı-qaralar"ın azarkeşləri meydanı tərk edən Qriqorçuku alqışlarla yola salıblar.
Xatırladaq ki, Roman İosifoviç buna qədər həm Premyer Liqada, həm də Avropa Liqasında "texniki zona"dan qovulub. Bu dəfə də AFFA-nın Nizam İntizam Komitəsi tərəfindən ən azı 1 oyunluq cəzalandırılacaq ukraynalı mütəxəssis növbəti turda komandanının oyununu - fevralın 8-də AZAL-la ev matçını tribunadan izləməli olacaq. Onu "texniki zona"da köməkçisi Sənan Qurbanov əvəzləyəcək.