1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Şahin Diniyev: "Torbamı tiksələr, dərhal gedərəm"
"Kəpəz"in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının XVI turunda səfərdə "Zirə”yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransı keçirib.
Sportnet.az-ın məlumatına görə, 51 yaşlı mütəxəssis əvvəlcə matçı dəyərləndirib...
- Belə oyundan sonra danışmaq çətindir. Komanda bütün oyunu hücumda olsa da, əldə etdiyimiz qol fürsətlərindən istifadə edə bilmədik. 9 nəfərlə müdafiə olunan rəqibə qol vurmaq çətindir. Bunun üçün oyunçularda ustalıq səviyyəsi yaxşı olmalıdır. Məğlubiyyətdə günahkar mənəm. Heç kimi günahlandırmaq istəmirəm. Özümüz bu quyuya düşmüşüksə, özümüz də çıxmalıyıq. "Zirə”ni təbrik edirəm. Komanda 65 dəqiqə yaxşı müdafiə olundu.
- Doğrudanmı komandada sizin "torbanız tikilir”?
- İnanmıram. Belə şey olsa, dərhal komandanı tərk edərəm. Bu, ən rahat çıxış yoludur - məğlubiyyəti futbolçuların, hakimlərin üstünə atmaq. Əgər belə bir şey varsa da, bunda günahkar mənəm.
- Dario Frederiko yenə istənilən səviyyədə oynamadı...
- Dario 90 dəqiqə yüksək səviyyədə oynaması üçün fiziki cəhətdən tam hazır olmalıdır. O isə təlim-məşq toplanışına gec qoşulduğundan, tam hazır deyil.
- Nicat Qurbanov barədə nə deyə bilərsiz?
- Nicatın potensialı var. Sadəcə, bunu aça bilmir. Çox istərdim ki, o oynasın. Ancaq bunu gərək özü də istəsin.