İnter" bizim üçün çətin rəqibdir. Demək olar ki, ikimiz də eyni sistemlə oynayırıq".
Sportnet.az-ın məlumatına görə, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının XVI turunda "İnter"lə 2:2 hesabı ilə bitən ev oyunundan sonra deyib.
Gənc mütəxəssis görüşün maraqlı keçdiyini bildirib: "Maraqlı oyun keçdi deyə, bir az rahatıq. Amma heç-heçəyə görə sevinmirəm. Heç-heçələrlə uzağa getmək olmaz. Çalışmalıyıq ki, ən azı olduğumuz yerdə qalaq. Belə olmalıdır ki, rəqiblər bizə hörmətlə yanaşsın. 1:2-dən sonra düşündüm ki, artıq oyun getdi. İnanın, qələbə üçün köklənmişdik".
Abasov heyətdəki çatışmazlıqlara da toxunub: "Sürətimizin aşağı olması ilə razıyam. Dayaq yarımmüdafiəçisi mövqeyində təcrübəli futbolçumuzun olmaması işimizə mənfi təsir göstərir. Fərad Vəliyev oyunda da, soyunub geyinmə otağında da məni qane edir".