1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Kamerun millisinin baş məşqçisi Ebahı xatırladı
Futbol üzrə Kamerun millisinin baş məşqçisi Uqo Broos Afrika Millətlər Kubokunun qalibi olan komandasının keçdiyi yola nəzər salıb. Sportnet.az-ın məlumatına görə, belçikalı mütəxəssis bir il öncə yığmaya təyinat aldığı vaxt ölkədə hamının ona neqativ münasibət göstərdiyini xatırladıb.
Broos bildirib ki, komandanın 30 faizinin 30 yaşdan yuxarı olması səbəbindən, dəyişikliyə əl atmaq istədikdə bu addımı böyük qalmaqal doğurub. Bununla belə, 65 yaşlı baş məşqçi köməkçisi ilə birgə Avropadakı bütün kamerunlu futbolçuların axtarışına başlayıb: "Kim kifayət qədər yaxşı səviyyədə idisə, heyətə cəlb olundu. Oyundan-oyuna komandamız gəncləşdi və hazırda ən cavan heyətə malikik".
Kamerun millisinin oyunçularından Kristian Bassoqoq Afrika Millətlər Kubokunun ulduzlarından birinə çevrilib. Cəmi 21 yaşa malik sağ cinah oyunçusu hazırda Danimarka "Olborq"unda çıxış edir. Halbuki o, 2015-ci ilin avqustunda ABŞ-ın dördüncü liqasında çıxış edən "Uilminqton"dan transfer edilmişdi. Bassoqoq Qana ilə yarımfinal oyununda uzatma dəqiqələrində gözəl qolla yekun nəticəni müəyyənləşdirib - 2:0.
Broos gənc futbolçu barədə maraqlı fikirlər səsləndirərkən, Azərbaycanda da kamerunlu legionerin çıxış etdiyini xatırladıb: "5 ay öncə mənə "Bassoqoqu tanıyırsınız?" sualını ünvanlasaydınız, mən "Kimi?" cavabını verəcəkdim. Onu tanımırdım. Dediyim kimi, biz komandanı dəyişdik və oyunçular axtardıq. İnternetə çıxıb kamerunlu legionerlər axtarmaq və Azərbaycandan tutmuş harayadək desən, bir siyahılıq oyunçu tapmaq asandır. Onlar hər yerdə çıxış edirlər. Amma hansı keyfiyyətdə, səviyyədədirlər? Yəni, hər yeri axtarıb-yoxlaya bilərsən. Danimarkada keçmiş futbolçu olan bir neçə dostum var. Onlardan Bassoqoqun necə oyunçu olduğunu soruşdum. Dedilər ki, gəncdir, topla yaxşı davranmağı bacarır. Nəticədə ötən ilin sentyabrında köməkçim gedib onu izlədi və yaxşı oyunçu olduğunu bildirdi. Mən də Bassoqoqu şəxsən izlədikdən sonra növbəti oyunumuzun hazırlıq prosesinə çağırdım. İndi hamı onun necə yaxşı oyunçu olduğunu görə bilər".
Qeyd edək ki, Uqo Broos Kamerun yığmasına Futbol Federasiyasının internet vasitəsilə elanı nəticəsində təyinat alıb. O, təyinatından sonra verdiyi açıqlamada bildirib ki, işsiz vaxtında Azərbaycandan da təkliflər alıb. Hazırda isə Azərbaycan Premyer Liqasında yalnız bir kamerunlu futbolçu çıxış edir. Bu, "Kəpəz"in 27 yaşlı hücumçusu Jülyen Ebahdır.