"Neftçi"nin ispaniyalı futbolçusu Daniel Seqovia Azərbaycan Premyer Liqasının XVII turunun "İnter"ə 3:1 hesabı ilə qalib gəldikləri matçdan sonra brifinq keçirib. Sportnet.az-ın matçda olan əməkdaşının məlumatına görə, qarşılaşmada hesabı açan hücumçu jurnalistlərin aullarını cavablandırıb.
- Sənin və komandan üçün uğurlu olan matç haqda düşüncələrini bölüşərdin...
- Oyuna yaxşı başladıq. İlk 15 dəqiqəni daha yaxşı keçirdik. Bəxtimiz gətirdi ki, rəqib qapısına qısa müddətdə iki qol vurduq. Bundan sonra komanda bir az boşaldı, komanda müdafiədə oturdu. "İnter" bundan istifadə edərək hesab arasında fərqi azaltdı. Ancaq ikinci hisədə 3-cü qolu vurduq. Bundan sonra "İnter" bizə qarşı heç nə edə bilmədi. Sevinirəm ki, qol vurdum və komandama köməyim dəydi.
- Qol epizodunda ilk zərbədə daha əlverişili vəziyyətdə idin. Ancaq istifadə edə bilmədin. Bundan sonra baxımlı qola imza atdın...
- Həmin epizodda topu görürdüm və açıldım ki, ötürmə mənə gəlsin. Meydanaça süni olduğuna görə top ayağımın altına ilişdi və ona görə də rahat zərbə vura bilmədim. Ancaq bəxtim onda gətirdi ki, top ikinci dəfə ayağıma düşdü və özümü tarazlayaraq qapıya zərbə vurdum.
- Süni meydançada nə problem vardı?
- Əlbəttə, çətin idi. Çünki uzun müddətdir belə meydaçada oynamırdım. Ancaq buna baxmayaraq futbolda hər bir şəraitə uyğunlaşmaq lazımdır. Bunu daha tez etməyə çalışıram ki, ab-havaya da tez adaptasiya olum, komandaya faydam dəysin. Bu gün də bunu edə bildim.
- "İnter Arena"nın Azərbaycanda ən yaxşı süni meydança olduğunu bilirsənmi?
- Yox.
- "AZAL"ın meydançasını görməmisiniz...
- Yalnız "Neftçi"nin meydanalarını görmüşəm, orda məşq edirik.
- Həmyerlin Dani Kintana "AZAL Arena"da 6 aylıq sıradan çıxdı...
- Bu haqda məlumatım var.
- Son vaxtlar "Neftçi" hakim səhvləri ilə üzləşir...
- Futbolda illərdir oynayıram və hakim səhvlərinə öyrəşmişəm. O da insandır, səhv edə bilər. Elə oyun ola bilər ki, səhvsiz də keçirə bilərlər. Bizim işimiz futbolumuzu oynamaqdır. Həmişə komandada bunu danışırıq ki, rəqibə 2-3 qol vurandan sonra hakim səhvi olur-olmasın qalib gələcəyik.
- Azərbaycanda neçə qol vurmağı düşünürsən?
- Heç vaxt vurduğum qolları saymıram. Komandaya kömək etməyə gəlmişəm. Bilirəm ki, hansı vəziyyətdədir. Bura gəlməmişdən öncə "Neftçi" haqda maraqlanmışam. Azərbaycanda ən köklü, tarixi böyük klub olduğunu bilirəm. Vurduğum qollarla komandanı layiq olduğu yerə daşımaq üçün əlimdən gələni edəcəyəm.
- "Neftçi"nin niyə 7-ci yerdə olması ilə bağlı soruşmusan?
- Yox. Heç kəsə bu haqda sual verməmişəm. Belə şey böyük klubların da başına gələn hadisədir. İnanıram ki, "Neftçi" layiqli yerinə çıxacaq. Bu komanda bir neçə il öncə Avropa Liqasının qrup mərhələsində oynayır, indi də belə vəziyyətdədir. Futbolda belə şey olur. Artıq buna öyrəşmək lazımdır.
- Səkkiz komandalı çempionatda oynamaq səni məyus etmir?
- Əvvəl oynadığım Avstriyada çempionat 10 komandalıdır. Yəni Azərbaycanda da buna oxşardır.