1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Samir Abasov: "Haramları olsun, onları sumqayıtlı saymıram"
"Sumqayıt" klubunun baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının XVIII turu çərçivəsində səfərdə "Neftçi"yə 0:1 hesabı ilə uduzduqları matçdan sonra jurnalistlərin suallarını cavablandırıb. Oyundan sonra təşkil edilən mətbuat konfransında Sportnet.az-ın əməkdaşı da iştirak edib.
- Məğlubiyyəti nə ilə izah edərdiniz?
- Futbolda belə şeylər olur. 7 oyunluq məğlubiyyətsizlik seriyamız qırıldı. Bunu faciəyə çevirən deyilik. Qarşıda AZAL-a daha çətin oyunumuz var. Qol vəziyyətlərinə baxsaq, "Neftçi" qələbəni haqq etdi. Amma hələ bu komanda ilə Sumqayıtda oyunumuz olacaq. Dünya dağılmayıb. Orda qalib gələrik.
- "Sumqayıt" iddialı rəqiblərə asanlıqla məğlub olmur. Gələcək planlarınız nədir?
- Azərbaycanda gələcəklə bağlı plan qurmaq çətindir. Bu günlə yaşayırıq.
- Azarkeşlərinizlə insident oldu...
- Haramları olsun. Mən o adamları nəyinki azarkeş, sumqayıtlı saymıram. Bəlkə də, hansısa ehtiyatda qalan futbolçumuzun qohumu idilər.
- Amil Yunanovu meydana gec buraxmadınız ki?
- Məncə, gec deyildi. Çıxdı, ötürmə də verdi. Vura bilmədik.