
"Kəpəz"lə oyuna normal şəkildə, plana uyğun, zədəlilər olmadan hazırlaşdıq. Hamı oyuna hazırdır. Məqsədimiz qalib gəlməkdir". Bu fikirləri Spornet.az-a açıqlamasında "Neftçi"nin baş məşqçisi Elxan Abdullayev bildirib.
Azərbaycan Premyer Liqasının növbəti turunda "Kəpəz"lə ev oyununa çıxacaq "ağ-qaralar"ın rəqibinin qış fasiləsindən sonra hər 4 oyunun uduzmasına görə arxayınlaşmır: "Əlbəttə, "Kəpəz"i təhlil etmişik. Mən deməzdim ki, "Kəpəz" fasilədən sonra bütün matçlarını uduzduğundan zəifdir. Komandanın 4 oyundur yenilməsi zəif olması demək deyil. Onu da nəzərə alaq ki, "Kəpəz" bu matçların 3-ü səfərdə keçirib. Yalnız "Qarabağ"la oynayıb ki, həmin matçda çox yaxşı təsir bağışlayıb. Komandamız yaxşı mübarizə aparmaıs ilə yadda qalıb. Bizi çətin oyun gözləyir".