1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Diniyevdən etiraf: "Gəncədə qalmağa bazamız yoxdur"
"Neftçi" ilə matçın çətin olacağını bilirdik. Bu qarşılaşmadan qayıtmaq bizim üçün vacib idi. Ona görə ki, ardıcıl 4 oyundur məğlub olurduq. Pis oynamadıq".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Kəpəz"in futbolçusu Kərim Diniyev Azərbaycan Premyer Liqasının XIX turunda "Neftçi" ilə oyundan sonra jurnalistlərə açıqlamasında bildirib. O bildirib ki, "Bakcell Arena"da qolsuz bərabərliklə nəticələnən matçdan qalib də ayrıla bilərlərmiş: "Sadəcə, əlimizə düşən qol şanslarından yararlana bilmədik. Ancaq fikrimcə, "Neftçi” ilə səfər matçından 1 xalla qayıtmaq da pis deyil".
"Kəpəz"un uğursuz çıxışından sonra bir çox azarkeşlər baş məşqçi Şahin Diniyevin istefa verməsini istəyirdi. Lakin təcrübəli mütəxəssisin oğlu "Neftçi" ilə matçdakı nəticənin dönüş nöqtəsi olacağı qənaətindədir: "Komanda halında yaxşı mübarizə apardıq. Azarkeşlər arasında belə narazılıqlar ola bilər. Çünki son oyunları meydandan məğlub ayrılmışıq. Düşünürəm ki, bu oyun bizim üçün dönüş nöqtəsi ola bilər. "Neftçi"dən aldığımız 1 xal gələcək oyunlarda bizə kömək olacaq. Şahin müəllim oyunumuzdan razı qaldı. O, qazandığımız 1 xala görə bizə minnətdarlığını bildirdi".
Gəncəli azarkeşlər "Bakı derbisinə xoş gəlmişsiniz” yazılı pankart açmışdılar. Kiçik Diniyev buna da münasibətini bildirib: "Komanda əksər vaxtlar Bakıda toplanışda olur. Çünki Gəncədə qalmağa bazamız yoxdur. Bu üzdən paytaxtda qalmağa məcburuq".