1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qriqorçukdan sürpriz addım
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Premyer Liqada "Qarabağ"la vacib oyuna maraqlı heyət müəyyənləşdirib. Sportnet.az-ın məlumatına görə, mərkəz müdafiəçisi ilə bağlı ciddi problemi olan ukraynalı mütəxəssis həmin mövqeyə mərkəz yarımmüdafiəçisi Rəşad Sadiqovu qoyub. Təbii ki, bu, sürpriz addım olub.
Qrqiorçuk bunadək Ürfan Abbasovu mərkəzdə məcburiyyətdən oynatsa da, bu dəfə onu ümumiyyətlə, əsas heyətə qoymamaqla hamını təəccübləndirib. Nəticədə Ürfanı müdafiənin sol cinahında qış fasiləsində daha çox ehtiyatda qalan millimizin üzvü Məhəmməd Mirzəbəyov əvəzləyəcək. Sadiqovu bunadək Qriqorçuk Antalyadakı təlim-məşq toplanışında bir dəfə müdafiənin mərkəzində sınayıb.
Sadiqov yarımmüdafiədən müdafiəyə çəkildiyindən yerdəyişmələr olub. Yarımmüdafiənin mərkəzində Nika Kvekveskiri - Cavid Hüseynov-Filip Ozobiç üçlüyü olacaq. Oyun qurucusu funksiyasını xorvatiyalı bombardir yerinə yetirəcək.
Ukraynalı mütəxəssis son oyunlarda Araz Abdullayevi ehtiyatda saxlasa da, bu dəfə əsas heyətdə şans verib. Əvəzində Ruslan Qurbanov ehtiyata göndərilib. "Qəbələ" 2 hücumçu ilə oynayacaq ki, bunlar estoniyalı Sergey Zenyovla isveçrəli Daniel Subotiçdir. Sadəcə, Zenyov yarımümdafiənin sol cinahında Qurbanovu əvəzlkəyəcək.