"Mourinyo hər zaman oyunçuların potensiallarını maksimum göstərmələrini istəyir. O, futbolçuların meydanda olduğu zaman bir dəqiqə belə dincəlməsinə icazə vermir".
Sportnet.az-ın məlumatına görə, bu sözləri "qırmızı şeytanlar"ın hücumçusu Romelu Lukaku baş məşqçi Joze Mourinyo haqda danışarkən deyib. 24 yaşlı belçikalı futbolçu Jozenin onlara bir ailə üzvü kimi olduğunu bildirib: "11 il əvvəl mən onun komandasında oynamağı ancaq xəyal edirdim. O, ailə üzvlərimizdən biri kimidir. Belə bir fürsəti heç vaxt qaçırmaq olmazdı. "Mançester Yunayted"də oynamaq çox çətindir, çünki klub oyunçulardan hər şeyin daha yaxşısını gözləyir".
Qeyd edək ki, Lukaku bu il "Mançester Yunayted"ə transfer olunub.








































































