"İşi bitmiş futbolçuların alınmasını yaxşı qarşılamıram. Klublarımız əcnəbilərə çox üstünlük verməsin. Xarici futbolçu gətirilməyinə hədd qoyulmalıdır".
Sportnet.az-ın məlumatına görə, bu sözləri Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə televiziyalarından birinə müsahibəsində deyib. Gündəmlə bağlı məsələlərdən danışan ölkə başçısı, futbola da toxunub. Əcnəbi futbolçuların ölkə klublarına gətirilməsinə müəyyən hədd qoyulmağını istəyən ölkə başçısı basketbola da böyük diqqət ayırmalı olduqlarını bildirib:
"Basketbola da çox önəm verməliyik. Məhəllələrdə xeyli basketbol meydançaları düzəltməliyik".