Almaniya II Bundesliqasında VI tura start verilib.
Sportnet.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun formasını geydiyi "Aue” "Holştayn Kil”i qəbul edib. Görüş qonaqların 3:0 hesablı qələbəsi ilə nəticələnib.
Yığmamızın hücumçusu 90 dəqiqə meydanda olub. O, 55-ci dəqiqədə sarı vərəqə alıb.
Qeyd edək ki, 7 xalla "Aue” 12-ci pillədə qərarlaşıb.









































































