
"Məqsədimiz top olan yerdə oynamaqdır. Top hardadırsa, biz də ordayıq".
Sportnet.az xəbər verir ki, bunu İtaliyanın "Roma" komandasının futbolçusu Juan Jesus Çempionlar Liqasının qrup mərhələsinin II turu çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyundan əvvəl təşkil edilən mətbuat konfransında söyləyib.
Braziliyalı müdafiəçi bildirib ki, "Roma"nın müdafiə futbolu oynmasını söyləmək şişirdilmiş olar.
- Sabah tribunalarda 65 min azarkeş olacaq. Azərbaycan prezidenti İham Əliyevin də bu oyunu izləyəcəyi gözlənilir. Bu, sizdə həyəcan yaratmır ki?
- Əlbəttə, çətin olacaq. "Qarabağ” bundan öncəki oyunda, Londonda böyük hesabla uduzduğudan, doğma meydanda daha səylə mübarizə aparacaqlar. Onlar ilk oyundakı nəticənin təsadüf olduğunu sübut etməyə çalışacaqlar. Buna görə bizim üçün çətin olacağını düşünürəm. Ancaq bura uduzmağa gəlməmişik.
- Bundan öncə "İnter”in heyətində "Neftçi” və "Qarabağ”a qarşı oynamısınız. Həmin oyunları necə xatırlayırsınız?
- Əlbəttə, həmin oyunları yaxşı xatırlayıram. "Qarabağ”a qarşı "San-Siro”dakı oyun yaxşı yadımdadır. Həmin oyunda erkən qol vurmuşduq. İkinci qoldan sonra isə matçın taleyini həll etmişdik. Lakin rəqib həmin vaxtdan indiyə kimi çox dəyişib. Buna görə, bizi sabah həmin oyundakından daha çətin sınaq gözləyir.
- Mövsüm sizin üçün çox yaxşı başladı. Sizcə, bu baş məşqçinin əməyidi, yoxsa siz "Roma”ya uyğunlaşa bilmirdiz?
- Yeni komandaya keçəndə ora uyğunlaşmaqda çətinlik çəkirsən. Lakin hazırkı oyunumda baş məşqçinin də əməyi var. Lakin mən də daim öz üzərimdə çalışıram.
- Düşünmürsüz ki, "Roma” azarkeşləri önündə oynamaq daha çətindir.
- Mən 5-6 il Milan şəhərində, "İnter”də çıxış etmişəm. Bu, tam fərqli mühitdir Əvvəl necə olmuşamsa, indi də elə olacam. Azarkeşlərin fit səslərinə fikir verməmək lazımdır.