
"Oyunda "Neftçi"nin üstünlüyünün olacağı gözlənilirdi. İlk hissədə daha maraqlı oldu. Lakin səviyyə fərqi özünü göstərdi".
Sportnet.az xəbər verir ki, bunu "Zaqatala"nın baş məşqçisi İlqar Aslanov Topaz Premyer Liqasının 1/8 finalında "Neftçi"yə 0:5 hesablı məğlubiyyətdən sonra deyib.
O, bildirib ki, ikinci hissəyə yaxşı başlamayıblar: "Fasilədən sonra səhvlərə yol verdik. Bu səbəbdən qollar buraxdıq".